MÖVZU 10.
ƏMLAK KİRAYƏ MÜQAVİLƏSİ
Əmlak kirayəsi müqaviləsinin anlayışı və hüquqi məq-
sədi. Əmlak kirayəsi müqaviləsinin tətbiqi sferası. Əmlak kira-
yəsi müqaviləsinin əhəmiyyəti və hüquqi tənzimlənməsi. Əm-
lak kirayəsi müqaviləsinin icarə, lizinq və ssuda müqavilələri
ilə oxşar və fərdi cəhətləri.
Əmlak kirayə müqaviləsində tərəflər. Əmlak kirayə mü-
qaviləsinin predmeti. Əmlak kirayə müqaviləsinin digər ele-
mentləri. Əmlak kirayə müqaviləsində kirayə verənin məsu-
liyyəti. Əmlak kirayə müqaviləsinin predmeti olan əşya müqa-
vilənin şərtlərinə uyğun gəlmədikdə kirayəçinin müdafiə vasi-
tələri. Kirayə verilmiş əşyaya təsirlər edilməsi və bu zaman
tərəflərin hüquq və vəzifələri.
Əmlak kirayə müqaviləsində kirayəçinin hüquq və vəzi-
fələri. Kirayəçinin zəruri məsrəfləri. Kirayəçinin qurğuları.
Kirayə götürülmüş əşyanın dəyişilməsi və ya pisləşməsi.
Əmlak kirayə müqaviləsində kirayəyə verənin hüquq və
vəzifələri. Kirayə götürülmüş əşyanın üçüncü şəxslərə veril-
məsi. Kirayə haqlarının ödəniş müddəti. Kirayə verənin hüqu-
qi müdafiə vasitələri. Kirayə müqaviləsi üzrə hüquq münasi-
bətlərinin davam etdirilməsinə yol verilmədiyi hallar.
Əmlak kirayəsi zamanı bron haqqı, beh və dəbbə pulu-
nun alınması.
Əmlak kirayə müqaviləsində müddətlər və onların
xüsusiyyətləri.
Əmlak kirayəsi müqaviləsinin ləğv edilmə əsasları, ləğvə
dair bildirişin forması və məzmunu. Əmlak kirayə müqavilə-
sinin ləğv edilməsi müddətləri. Yaşayış sahəsinin kirayə müqa-
viləsinin şərtləri və xüsusiyyətləri. Yaşayış sahələrinin kirayəsi
haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavi-
lələrin qüvvəsinin davam etməsi əsasları və xüsusiyyətləri.
17
Xidməti mənzillərin kirayəsi müqaviləsinin ləğv edilməsi
əsasları və səbəbləri. Kirayəçinin ölümünün nəticələri.
Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticə-
ləri. Kirayə verənin girov hüququ.
Əmlak kirayəsi zamanı kirayə verilmiş əşyaların özəlləş-
dirilməsi və onun nəticələri.
Dostları ilə paylaş: |