MÖVZU 12.
KREDİT MÜQAVİLƏSİ
Kredit müqaviləsinin anlayışı və formaları. Kredit müqa-
viləsinin hüquqi təbiəti. Kredit müqaviləsinin xüsusiyyətləri.
Kredit müqaviləsinin hüquqi tənzimlənmə mənbələri və ele-
mentləri. Kreditin anlayışı və formaları. Kredit müqaviləsinin
hüquqi tənzimlənməsi.
Kredit müqaviləsinin elementləri. Kredit müqaviləsinin
tərəfləri: Kredit verən. Kredit alan. Kredit müqaviləsinin pred-
meti. Kredit müqaviləsinin digər elementləri. Kredit müqavilə-
sinin növləri: qısamüddətli kredit; orta müddətli kredit; uzun
müddətli kredit.
Kredit müqaviləsinin məzmunu. Kredit verənin hüquq və
vəzifələri. Müştərinin hüquq və vəzifələri. Kreditdən istifadə
etmək. Bankın yoxlama aparması. Kredit vəsaitinin tələb edil-
məsi. Kredit almaq və kredit müqaviləsi bağlamaq üçün lazım
olan sənədlər. Kredit müqaviləsi üzrə mülki-hüquqi məsu-
liyyət. Zərərin əvəzini ödəmə. Dəbbə pulu (cərimə, peniya).
Müştərinin əmlak məsuliyyəti. Bankın məsuliyyəti.
Beynəlxalq kredit. Beynəlxalq kredit hüququnun anlayışı.
Beynəlxalq kredit müqaviləsi. Ümumi beynəlxalq kredit müna-
sibətləri. Xüsusi beynəlxalq kredit münasibətləri. Beynəlxalq
kredit müqaviləsinin növləri. İki tərəfli və çoxtərəfli dövlətlər-
arası kredit sazişləri. Beynəlxalq kredit müqaviləsinin növləri:
qısamüddətli beynəlxalq kredit müqaviləsi; ortamüddətli bey-
nəlxalq kredit; uzunmüddətli beynəlxalq kredit. Beynəlxalq
Valyuta Fondunun kredit münasibətlərində iştirakı. Dövlətin
xarici borcunun tənzimlənməsi.
|