125
4) otlaq sahəsində müvafiq tikililərin olması;
5) fiziki və hüquqi şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan otlaq sahələrində davarların
saxlanılması imkanı;
6) davarların sayı;
7) otlaq sahəsinin tutumu;
8) köç yolu və mal-qara düşərgəsinin mövcud vəziyyəti.
Qeyd etmək lazımdır ki, yay və qış otlaq sahələrinin yerlərdə dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət
formalı təsərrüfatlar, eləcə də digər fiziki və hüquqi şəxslər arasında bölüşdürülməsi yerli icra hakimiyyəti
orqanlarının və ya bələdiyyələrin sərəncamı ilə həyata keçirilir.
Qaydalara görə, fiziki və hüquqi şəxslər özlərinin yay və qış otlaq sahələrinə olan tələbatlarının
ödənilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməli və bunun əsasında
müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaqayırma sənədləri hazırlamalıdır. Müraciətə və hazırlanmış
sənədlərə baxaraq yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 15 gün müddətinə qərar qəbul edirlər.
Dostları ilə paylaş: