1) otlaq sahələrindən təyinatı üzrə istifadəyə; 2) otlaq sahələrindəki su mənbəyindən səmərəli istifadəyə və onların qorunub saxlanılmasına; 3) otlaq sahələrindəki mərz nişanlarının qorunmasına; 4) köç yolu və mal-qara düşərgəsinin təyinatı üzrə istifadəçisinə; 5) yataqlar və otlaqlararası xüsusi yollardan istifadə etməyə, lazımsız yol və cığırların salınmasına yol verməməyə; 6) otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət etməyə; 7) otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmasına. Nəhayət, örüş, otlaq və bicənək sahələrinin istifadəçiləri və icarəçiləri tərəfindən həmin sahələrin alınıb-
satılmasına, girov qoyulmasına, özbaşına dəyişdirilməsinə və torpaq qanunvericiliyinin digər tələblərinin
pozulmasına yol verilmir.
Kənd təsərrüfatı təyinatlı torpaqların hüquqi mühafizəsinin keyfiyyət aspekti onlara olan hüquq və
öhdəliklərdən asılı olmayaraq, göstərilən torpaqları istifadə edən bütün subyektlər üçün aşağıdakı tədbirləri
həyata keçirməkdə ifadə olunur:
1) torpaqların münbitliyinin qorunması və artırılması üzrə;
2) torpaqların su və külək eroziyasından, duzlaşmadan, subasmadan, bataqlaşmadan, təkrar şorlaşmadan,
qurumadan, kipləşmədən və digər torpaqların deqradasiyasına aparan proseslərdən müdafiə üzrə;
3) kənd təsərrüfatı yerlərinin bakterial-parazit və karantin bitki xəstəlikləri və zərərvericiləri ilə
yoluxmadan, alaq basmadan, kollaşmadan, torpağın vəziyyətini pisləşdirən digər növlərdən müdafiə
üzrə;
4) korlanmış torpaqların rekultivasiyası, onların münbitliyinin bərpası, vaxtında təsərrüfat dövriyyəsinə
cəlb olunması üzrə;
5) torpağın münbit qatının istifadəsi və mühafizəsi üzrə.
Torpaqların deqradasiyasının qarşısının alınması, onların münbitliyinin bərpası və çirklənmiş ərazilərin
rekultivasiyası məqsədi ilə Azərbaycan Hökuməti tərəfindən müəyyən olunmuş qaydada onların təsərrüfat
dövriyyəsindən tamamilə çıxarılması ilə torpaqların konservasiyasına yol verilir. Bu məsələ Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79 Saylı Qərarı ilə təsdiq edilmiş «Radioaktiv və
127
kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya