60
Qanunvericiliyə görə, satınalma qiyməti təyin edilərkən bu qiymətə torpaq
sahəsinin və orada olan
daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində torpaq
mülkiyyətçisinə dəyən
bütün zərər, o cümlədən, əldən çıxmış fayda
da daxil olmaqla, onun üçüncü şəxs qarşısında daşıdığı öhdəliklərə
vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar məruz qaldığı zərər daxil edilir. Bu zaman razılaşmaya əsasən
mülkiyyətçiyə ondan dövlətin və ya bələdiyyənin ehtiyacları üçün alınan sahənin əvəzinə dəyəri satınalma
qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər.
Müvafiq olaraq vətəndaşlara və hüquqi şəxslərə dövlət və bələdiyyə torpaqlarının verilməsi,
əvvəla,
ehtiyyat torpaqlarından, yəni sərbəst torpaqlardan olmalı,
ikincisi, dövlət və bələdiyyə ehtiyacları üçün
vətəndaşlardan və hüquqi şəxslərdən geri alınmış müvafiq torpaq sahələri hesabına həyata keçirilməlidir.
Dövlət və bələdiyyə torpaqlarından vətəndaşların və hüquqi şəxslərin torpaq sahəsi almasına
zəmanət
verən çox mühüm norma torpaqların verilməsini həyata keçirən orqanların öhdəliyidir. Bu orqanlar əhalini
mövcud sərbəst və mənimsənilmək üçün hazırlanan torpaq sahələri haqqında məlumatlandırmalı və hər il
torpaqların istifadəsi haqqında hesabatı kütləvi informasiya vasitələrində nəşr etdirməlidir. «Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa görə (29 iyun 2001-ci il)
bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:
–
yaşayış məntəqələrinin perspektiv inkişafı üçün
cəlb olunan torpaqlar;
–
kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;
–
hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız
torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar;
–
qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar.
Dostları ilə paylaş: