61
bələdiyyələr torpaqla «Hərbi qulluqçuların
statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci
maddəsində göstərilmiş qaydada təmin edirlər.
Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün yalnız
istifadəyə və icarəyə aşağıdakı növbəliliyə əməl etməklə verilir:
– bələdiyyələrin ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
– müvafiq ərazidə yaşayan hüquqi və fiziki şəxslərə;
– Azərbaycan Respublikasının digər
hüquqi və fiziki şəxslərinə;
– xarici ölkələrin hüquqi və fiziki şəxslərinə.
Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır.
Torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə bələdiyyə müraciətdə
göstərilənlərə, ərazinin yerquruluşu – təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin
planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan
torpaq sahəsinə yerində baxış keçirir.
Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu – təsərrüfat
planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və
həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə
elektrik, rabitə,
nəqliyyat qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və
sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin
ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda
bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi
layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi
barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab
verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında
şikayət verilə bilər.
Müraciətdə göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda Əsasnaməyə
görə bələdiyyə 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün
müvafiq icra
hakimiyyəti orqanına göndərir. Bu orqan 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması
nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün zonanı
dəqiqləşdirir.
Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin
planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu
işlərini aparır və həmin yerin planını sahənin ölçüsündən asılı olaraq, tələb olunan miqyasda hazırlayır.
Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün
hazırlanması və Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər
hallarda bələdiyyənin vəsaiti hesabına həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını təsdiq edərək, torpaq
sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
Bələdiyyə isə bu
sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə
62
(torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Sonra həmin sahənin
sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir.
Hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrində tikinti işlərinə başlanmazdan əvvəl tikiləcək
obyektin
layihəsi, habelə mühəndis-kommunikasiya pasportu hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmalıdır. Tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu razılaşdırılmadan
tikinti işlərinin başlanmasına (aparılmasına) yol verilmir.
Bələdiyyənin ərazində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə
qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün
torpaq sahəsi «Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci
maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
Mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin
məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.
Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa
mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır.
Müvafiq icra
hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində
qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir.
Əsasnaməyə görə torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.
Göründüyü kimi, torpaqların qeyri-bazar dövriyyəsi bir tərəfdən torpaq sahələrində vətəndaşların və
hüquqi şəxslərin tələbatının maksimum ödənilməsinin axtarışına istiqamətlənmiş, əhəmiyyətli
dövlət
tənzimlənməsinə, digər tərəfdən qonşu torpaq sahələrinin istifadəsi ilə bağlı olan üçüncü şəxsin hüquqlarına və
qanuni maraqlarına (mənafelərinə) riayət olunmasına məruz qalır. Torpaqların istifadəsinin ərazi
planlaşdırılmasına tabe etdirilməsi və ərazinin zonalaşdırılması vətəndaşlara və hüquqi şəxslərə torpaq
sahələrinin verilməsi, cəmiyyətin həyat və fəaliyyətinin əsası kimi torpaqların mühafizəsi və səmərəli
istifadəsində şəxsi və ictimai maraqların balansını (tarazılığını) təmin edir. Bu
planda qeyri-bazar torpaq
dövriyyəsinin dövlət tənzimlənməsinin sadalanan göstəriciləri obyektiv olaraq şərtlənmişdir.
Dostları ilə paylaş: