Özünütəhsil nəsillərin təcrübəsinin mənimsənilməsini
nəzərdə tutan daxili təşkilolunma sistemidir.
Özünütəlim insanın öz seçiminə və arzusuna görə keçmiş
nəsillərin təcrübəsini qəbul etməsidir.
Özünütərbiyə insanın qarşıya qoyulmuş məqsədlərə,
yaranmış ideala və inama doğru şüurlu surətdə
istiqamətlənməsidir. Öz potensial imkanlarını dəqiq
qiymətləndirmək, davranışındakı çatışmazlıqları görə bilmək
yetkin insanların işidir və onların daxili tərbiyəsinin
formalaşmasının əsasını təşkil edir. “Özünütərbiyə”,
“özünütəhsil”, “özünütəlim” anlayışları insan aləminin
daxili, mənəvi tərəfini təsvir edir, onun müstəqil inkişafetmə
bacarığını göstərir.
Özünütərbiyə özünüidarə prosesində həyata keçirilir.
Özünütərbiyə metodlarına özünüdərk, özünüələalma,
özünənəzarət, özünüstimullaşdırma daxildir.
Özünüdərk özünüanlama, özünütəhlil, özünəqiymət,
özünümüqayisəetməni nəzərdə tutur.
Özünüələalmaya özünəinam, özünənəzarət, özünəəmr,
özünətəlqin,
özünümöhkəmləndirmə,
özünəetiraf,
özünüməcburetmə aiddir.
|