Dialekt, şivə və ləhcələr bölgələrəməxsus xüsusiyyətdir.
Müəllimin nitqində ləhcə və dialektlərdən istifadə
yolverilməzdir. Bu, şagirdlərin mənimsəmə prosesinə
maneələr törədə bilər. Danışma və dinləməşagirdlərin
anlamasına birbaşa təsir göstərir. Müəllim düşünmək üçün
əlavə vaxt ayıra bilər. Öyrənənlər həmin zaman çərçivəsində
məlumatı qavrayır, mənimsəyir və fikirlərini ifadə etməyi
bacarırlar.
5.Pedaqoji ünsiyyətin mərhələləri
1) planlaşdırma mərhələsi: pedaqoji fəaliyyətə hazırlıq
prosesində müəllimin siniflə ünsiyyətinin modelləşdirilməsi;
2) ünsiyyətin ilkin mərhələsi: siniflə ünsiyyətin təşkili;
3) pedaqoji prosesdə ünsiyyətin idarə olunması;
4) baş tutmuş ünsiyyətin təhlili və yeni ünsiyyətin
modelləşdirilməsi.
Yaradıcı
ünsiyyət
mərhələlərinin
məzmun
və
xüsusiyyətlərini də nəzərdən keçirək:
|