4.Pedaqoji ünsiyyətin qaydaları. Ünsiyyətin
səmərəliliyinə mane olan amillər.
Ünsiyyət zamanı anlaşılmazlıqlara yol verməmək üçün
pedaqoq bəzi qaydalara riayət etməlidir:
1. Yaxşı dinləyici olmalıdır. Dinləmək bacarığı müəllimlə
şagird arasında kommunikativ əlaqə yaradır, əməkdaşlığın
səmərəsini artırır.
2. Ünsiyyət zamanı tolerantlıq və empatiya nümayiş
etdirməlidir. Bu xüsusiyyətlər münaqişəli vəziyyətlərdə
böyük əhəmiyyət daşıyır. Pedaqoq hisslərini gizlətməyi
bacarmalı,kimisə mühakimə etməkdən yayınmalı, şagirdin
şəxsiyyətinə toxunmamalıdır.
Dostları ilə paylaş: |