məsələlərdəndir və burada fəal təlim strategiyalarından
istifadə onun səmərəsini dəfələrlə artırır.
-Şifahi nitq bacarıqları sinifdə danışmaq, sual-cavab,
müzakirə və debatlar vasitəsilə inkişaf edir. Şifahi nitqin
inkişafı üçün şagirdlərə verilmiş suallara fərdi cavablar
yazmaq üçün müəyyən vaxt vermək olar. Həmin zaman
çərçivəsində onlar sualların cavabı ətrafında düşünür,
fikirlərini yazılı şəkildə ifadə edir. Fəaliyyətin belə təşkili
şagirdlərə konstruktiv müzakirələrə qatılmaq, həmçinin
fikirlərini qarşı tərəfə ötürmək imkanı yaradır, öyrənənlərdə
özünəinamı artırır. tapşırığı cütlərə və ya qrupa da tapşırmaq
olar. Bu zaman onlara vaxt verilir.Müzakirə zamanı fikir
mübadiləsi və əks-əlaqə biliklərin mənimsənilməsi
səviyyəsini yüksəldir.
-Yazı bacarıqları qeydlərin aparılması, sinif və ev
tapşırıqlarının yerinə yetirilməsi, esselər vasitəsilə
inkişafetdirilə bilər. Pedaqoq hər bir fəaliyyətin gedişatında
yazı bacarıqlarının keyfiyyətinin yüksəldilməsinidiqqət
mərkəzində
saxlamalıdır.
Boşluqların
doldurulması
(buraxılan sözlərin əlavə olunması) tapşırığını özündə əks
etdirənpaylama materialları, hesabat, qeydlərlə həmin
istiqamətdə iş aparmaq olar.
-Dinləmə bacarıqları qrup müzakirələri, rollu oyunlar,
müəllimin izahatı, mühazirəsi zamanı inkişaf etdirilə bilər.
Dərslərdə
dinləmə
bacarıqlarının
formalaşdırılması
öyrənənlərə qrup yoldaşları və müəllimi dinləmək üçün
imkanın yaradılması ilə həyata keçirilir. Bu ideyalar
şagirdlərin şəxsi qiymətləndirmə işlərində birləşdirilə bilər.
Dinləmə bacarıqlarının inkişaf etdirilməsi üçün şagirdlərə
mini seminarların aparılmasını, sinif yoldaşlarının təqdim
olunan mövzu ilə bağlı suallarının cavablandırılmasını
tapşırmaq faydalıdır. Bu mövzunun daha dərindən
qavranılmasına zəmin yaradır. Məlumatın Pover Point
(Power Point) proqramı vasitəsilə təqdimatı dinləmə ilə
yanaşı, İKT bacarıqlarının da möhkəmlənməsinə təkan verir.
-Oxu bacarıqları öz təbirincə ifadə edilməsi (parafrazinq),
keyslər və mətnin qavranılmasına dair müxtəlif tapşırıqların
verilməsi ilə inkişaf oluna bilər. Öyrənənlərə oxu mətninin və
həmin mətnə dair tapşırıqların verilməsi mövzunun
mənimsənilmə səviyyəsini yüksəltməyə hesablanmışdır.
Yuxarıda sadalanan fəaliyyətlərin hər biri ünsiyyətin əsasını
təşkil edir, onun inkişafına təkan verir və sinifdə canlı
fəaliyyətə zəmin yaradır. Hətta ən passiv dinləmə fəaliyyətini
də
tapşırıqlar vasitəsilə canlandırmaq mümkündür.
Şagirdlərin cavabı ünsiyyətin səmərəliliyini artırır, yəni
ötürülən məlumatın qəbul olunması, qavranılması haqqında
rəy formalaşdırır.
Dostları ilə paylaş: