Təqdimat-onun hazırlıq və ötürülmə mərhələsində danışma,
dinləmə, oxu və yazı bacarıqları özünü daha qabarıq şəkildə
göstərir. Təlim prosesində iştirak edən iki tərəf məlumatı
təqdim edirlər.
Tapşırıqlar-öyrənənlər müəllimlə yazı vasitəsilə ünsiyyət
qurur, məlumatın toplanılması vasitəsilə kommunikasiya
prosesinə cəlb olunurlar. Şagirdlərin yazı işlərindəözlərini
aydın şəkildə ifadə etməsi dilin inkişafında mühüm rol
oynayır.
Sual-cavab-yazılı və verbal ola bilər. Müəllim və şagirdlər
sualları anlamaq və cavablandırmaq məqsədilə danışma, oxu,
yazı və dinləmə kimi bacarıqlar nümayiş etdirməlidirlər.
Verbal izahat-müəllim məlumatı təqdim edir, şagirdlər
dinləyir, qavrayır, anlayır və özününküləşdirir. Tələffüz,
qrammatika və durğu işarələrindən düzgün isti mənanın
dəqiqliyini təmin edir.
Əks-əlaqə-təlim prosesini dəstəkləmək məqsədilə müəllim
və şagirdlər səmərəli ünsiyyət qurmalıdırlar.
Dostları ilə paylaş: