Özünüstimullaşdırmaya
özünütəsdiq,
özünümükafat,
özünücəza, özünütəşkil anlayışları daxildir.
Şəxsiyyətin xarakterində gedən gizli və uzunmüddətli
proseslər həm pedaqoqu, həm də tərbiyəolunanı müxtəlif,
gözlənilməz faktlar qarşısında qoyur. Bu səbəbdən də bəzən
müəyyən keyfiyyətləri və vərdişləri – təkrar tərbiyə
(yenidəntərbiyə) etmək lazım gəlir. Sosial cəhətdən təqdir
olunmayan davranışdan, şəxsiyyətin mənfi keyfiyyətlərindən
və hər hansı hüquqa zidd hərəkətlərindən söhbət getdikdə
mütləq yenidəntərbiyəyə müraciət olunmalıdır.
Dostları ilə paylaş: |