Tərbiyənin həyatla, ictimai təcrübə ilə əlaqəsi. İstənilən
tərbiyəvi fəaliyyətin faydası real həyat nümunələri üzərində
qurulduqda, səmərəlilik bir neçə dəfə artır. Tərbiyə
şəxsiyyətin həyat təcrübəsinə və real fəaliyyətinə
əsaslanmalıdır. Bu məqsədlə müəllim istənilən tərbiyəvi
tədbirin təşkilində onun həyati əhəmiyyətini vurğulamalıdır.
Müəllimlər, tərbiyəvi söhbətlər apararkən dövrün tələblərinə
istinad etməzsə, real faktlara əsaslanmazsa tədbir, fəaliyyət,
söhbət şagirdlər üçün mənasız olar. Tərbiyənin ictimai
təcrübə ilə əlaqəsi qanunauyğunluğu-tərbiyə prosesində
pedaqoqun tərbiyə işini həyatla, ictimai təcrübə ilə
əlaqələndirməsindən asılı olaraq şagirdlərin ictimai təcrübə
imkanlarından istifadə bacarığı yüksəlir.
Dostları ilə paylaş: |