Tolerantlıq prinsipi. Uşaqlarda sülhsevərlik, başqalarını
olduğu kimi qəbul edib anlamaq, onlarla pozitiv münasibət
qurmaq bir sıra amillərdən asılıdır: zorakılıq və aqressiyadan
yayınmaq, özünün və başqalarının mədəniyyətinə hörmət
bəsləmək, millətlərarası və dinlərarası əlaqələrin inkişaf
etdirilməsi, cəmiyyətin bütün üzvləri ilə tolerant ünsiyyət,
konstruktiv əlaqələr qurmaq, müxtəlif mədəniyyətlərin
nümayəndələrinə hörmətlə yanaşmaq. Tərbiyə prosesində
həmin məqamlara xüsusi diqqət yetirilməlidir.
Dostları ilə paylaş: |