xərcləri" cədvəlində idarə aparatı işçilərinin əsas və əlavə əmək haqqı,
sosial ehtiyaclara ayımalar, onların ezamiyyət xərcləri; müəssisə
idarəsinin dəftərxana, tipoqrafıya, poçta-teleqraf və digər oxşar xərcləri,
telefon stansiyasının, kommutatorların, hesablama mərkəzlərinin
saxlanması xərcləri, minik nəqliyyatının saxlanması; yanğın,
hərbiləşdirilmiş və gözətçi mühafizəçilərinin saxlanmasına xərclər öz
əksini tapır. Bundan başqa qeyri-inzibati idarə heyətinin bütün növdən
ezamiyyət xərcləri analitik uçotda əks olunur. 7 saylı jurnal-orderdə
«Təhtəlhesab şəxslərlə hesablaşmalar» smeta üzrə xərclər əks olunmur,
ona görə o əsas etibarı ilə vəzifəli şəxslərə təhtəlhesab məbləğlərin
verilməsinə və onların ödənilməsinə nəzarətin uçotu üçün istifadə
olunur, deməli, ezamiyyət xərclərinin uçotu və nəzarət üçün istifadə
olunmur.
Müəssisədə ümum təsərrüfat xərclərinin sintetik uçotu 26
«Ümumtəsərrüfat xərcləri» adlı aktiv, toplayıcı-bölüşdürücü hesabda
apanhr.
Hesabat ayı qurtaran kimi ümumtəsərrüfat xərcləri məhsulun maya
dəyərinə daxil edilməklə əsas istehsalat hesabına keçirilir.
Ümumtəsərrüfat xərclərinin müəyyən hissəsi köməkçi istehsalatın
kənara yerinə yetirilən iş və xidmətlər hissəsinə, əsaslı tikintiyə, əsaslı
təmirə və özünün xidmət təsərrüfatlarına və habelə xarici səbəblər
üzündən baş verən boşdayanmalardan əmələ gələn itkilərə aid edilir.
Ümumtəsərrüfat xərclərinə tərtib edilmiş smetaya əsasən və onun
maddələrinə müvafiq olaraq nəzarət edilir. Bunun üçün 15 saylı cədvəl
"İlin əvvəlindən yekunu", "Smeta üzrə", "Ay ərzində" və "İlin
əvvəlindən" sütunları ilə təchiz edilmişdir.
Dostları ilə paylaş: