§ ]0. Üstəlik xərdarin höli'njdiiritlinəsi üsulları
Məhsulun maya dəyərini düzgün hesablamaq üçün, avadanlığın işi
ilə əlaqədar olan xərclər və digər kompleks xərclərin məhsulların
ayrı-ayrı növləri arasındakı bölüşdürülməsində əsaslandırılmış üsul-
lann tətbiq edilməsinin böyük əhəmiyyəti vardır. Təcrübədə bu xərclər
istehsalat fəhlələrinin əsas əmək haqqına (mütərəqqi-müka- fatlı
sistemlər üzrə əlavə ödəməsiz); istehsalat fəhlələrinin norma-
laşdmlmış və ya faktiki iş vaxtına, ayrı-ayn məhsul növlərinin
istehsalında faktiki işlənmiş dəzgah-maşın-saatlara, faktiki buraxılmış
əmtəəlik məhsula əmsal-maşın-saatlar əsasında hesablanmış,
avadanlığın saxlanması və istisman üzrə xərclərin normativ (smeta)
məbləğinə
mütənasib
olaraq
bölüşdürülür.
Bu
xərclərin
bölüşdürülməsinin digər üsulları da məlumdur.
Daha sadə və geniş yayılmış üsul istehsalat fəhlələrinin əsas əmək
haqqına mütənasib olaraq bölüşdürülməsi üsuludur (mütərəq-
qi-mükafatlı əlavə ödəməsiz). Lakin bu zaman çox halda məhsulun
maya dəyəri təhrif olunur ki, bu da müxtəlif məmulatların istehsal
proseslərinin mexanikləşmə dərəcələrinin fərqli olması ilə əlaqədardır.
Misal üçün, bu cür çatışmamazlıqlar, istehsalat fəhlələrinin nor-
malaşdırılmış və ya faktiki iş vaxtlarına mütənasib olaraq
bölüşdürülməsi üsulunda da mövcuddur. Buna görə avadanlığın
saxlanması və istismarı ilə əlaqədar olan xərcləri, məmulatlann maya
dəyərinə onların hazırlandığı şəraitdən, istifadə edilən avadanlığın
mürəkkəbliyindən, avadanlığın bir saat işləməsi üçün istismar
məsrəflərinin həcmindən asılı olaraq aid etmək lazımdır. Bu tələblərə
əmsal-ma- şm-saatlar əsasında hesablanmış, avadanlığın saxlanması və
istismarı üzrə xərclərin noiTnativ (smeta) məbləğlərinə mütənasib
olaraq bölüşdürülməsi üsulu cavab verir. Həmin üsulun mahiyyəti
aşağıdakılardan ibarətdir:
Avadanlığın saxlanması və istismarı üzrə xərclərin plan məbləğini
müəyyən etmək üçün məmulat və ya sifarişə bir sıra ardıcıl hesablama
aparmaq lazımdır. Hər şeydən əvvəl, müəssisənin hər bir sexinin
avadanlıqları, avadanlığın bir saat işləməsi üçün çəkilən istismar
məsrəflərinin təxminən eyni həcmi əlamətinə görə bircinsli qruplarda
birləşdirilir. Sonra hesablaşma yolu ilə avadanlığın hər bir qrupu üçün,
avadanlığın bir saat işləməsindən ötəri lazım olan xərclərin normativ
həcmi tapılır. Avadanlıqların qruplarından biri, bir vahid kimi qəbul
edilir və ona nisbətən avadanlıqların qalan qrupları üçün əmsal
hesablanır. Əmsalların mövcud olması, əvvəlcədən hər bir qrupun
maşın-saatlarını
əmsal-maşm-saatlara
çevirməklə,
avadanlığın
.müxtəlif qrupları üçün (məmulatlar çərçivəsində) vaxt məsrəflərini
toplamaq mümkündür. Bu əmsallar və habelə ava-
36
danlığm bir saat işləməsi üçün əldə edilən məsrəflərin normativ həcmi,
avadanlığın plan yükünün, enerjinin tarif stavkasını və i.a.
dəyişilməsindən asılı olaraq dövrü surətdə dəqiqləşdirilməlidir. Sonra
isə sexdə hazırlanan hər bir məmulat və ya komplekt detallar və
qovşaqlar üzrə, avadanhqlann müvafiq qruplarının maşın-saat işlərinin
lazımi miqdan hesablanır. Daha sonra avadanlığın hər bir qrup üçün
müəyyən edilmiş əmsallara müvafiq olaraq maşın-saatları,
əmsal-maşın-saatlan hesablanır. Bu məqsəd üçün həmin qrupun
maşın-saatlanmn miqdan, xərclərin əmsalına vurulur. Sex üzrə
avadanlığın saxlanılması və istismarı üzrə xərclərin smetasının ümumi
məbləğini, istehsalat planının yerinə yetirilməsi üçün lazım olan həmin
plan dövründəki əmsal-maşm-saatların ümumi miqdarlarına bölmək
yolu ilə əmsal-maşın-saatın plan maya dəyərinin müəyyən edilməsi
növbəti mərhələdir.
Sex tərəfindən hazırlanan bir məmulat və ya komplekt detala və
qovşaqlara çəkilən məsrəflərin smeta stavkası, bir əmsal-maşın-saa- tm
plan dəyərini, hər bir məmulat üzrə əmsal-maşm-saatların miqdarına
vurmaq yolu ilə tapılır.
Ay ərzində avadanlığın saxlanılması və istismarı üzrə xərclərin
faktiki məbləği, ayın axırına olan bitməmiş istehsalat qalığındakı həmin
xərclərin məbləğini nəzərə almaqla, faktiki buraxılmış məhsulların bir
məmulatına smeta stavkası ilə hesablanmış bu xərclərə mütənasib olaraq
bölüşdürülür.
Smeta stavkasını hesablayan zaman daha çox zəhmət tələb edən iş,
xərclərin əmsallarını sonra hesablamaq üçün lazım olan, avadanlıqların
qrupları üzrə bir maşın-smetaya çəkilən nonuativ xərclərin həcmini
müəyyən etməkdən ibarətdir. Bu vəziyyət, baxdığımız üsulun geniş
yayılmasının qarşısını alan ən başlıca səbəb kimi xidmət edir. Smeta
stavkasmın hesablanmasının çox zəhmət tələb etr'əsini, bir sıra eyni
cinsli müəssisələr üçün mərkəzləşmiş qaydada müəyyən edilən,
avadanlığın qmpları üzrə xərc əmsallarının köməkliyi ilə azaltmaq
mümkündür.
Avadanlığın saxlanılması və istismarı üzrə xərclərin smeta stav-
kalarmın hesablanmasının oxşar qaydası, həmçinin alət və təmir sexləri
tərəfindən yerinə yetirilən işləri də daxil etməklə, müxtəlif cinsli kiçik
sifarişlərə də nəzərdə tutulmuşdur. Bu cür sifarişlərə
37
smeta stavkalan, həmin sifarişlərə istehsalat fəhlələrinin əsas əmək
haqqı məbləğlərindən və ayrı-ayn mexanikləşdirilmiş və mexanik-
ləşdirilməmiş işlər üzrə avadanlıqların saxlanılmasına və istismarına
çəkilən xərclərin, əmək haqqının bir manatına olan normativ həcmindən
asılı olaraq müəyyən edilir.
Müəssisədə ümumistehsalat və ümumtəsərrüfat xərclərinin çox
hissəsi son nəticə etibarı ilə müstəqim xərc maddələri kimi 20 «Əsas
istehsalat)) hesabında əks etdirilir. Həmin xərclərin ümumi
məbləğindən müəyyən hissəsi 25 "Ümumistehsalat xərcləri" və 26
«Ümumtəsərrüfat xərcləri)) hesablarının kreditindən 28 "İstehsalatda
olan çıxdaş" hesabının (buraya yalnız ümumistehsalat xərcləri aid
edilir) debetinə, 31 "Gələcək dövrlərin xərcləri" hesabının (yeni
istehsalın mənimsənilməsi üçün) debetinə və 80 «Mənfəət və zərərlər))
hesabının debetinə (ayrı-ayrı sexlərin və ümumiyyətlə müəssisənin
işində olan müvəqqəti fasilələrə düşən hissəsi) keçirilir. Bundan başqa,
23 «Köməkçi istehsalat)) və 29 «Xidmətedici istehsalatlar və
təsərrüfatlar)) hesablarının debetində uçota alman kənar üçün yerinə
yetirilmiş sifarişlərin maya dəyərinə daxil edilmiş məbləğlər 26
«Ümumtəsərrüfat xərcləri)) hesabından silinir.
Müəssisədə ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bu
qaydada uçota alınması və bölüşdürülməsinə görə 20 «Əsas istehsalat))
hesabında bu xərclərin yalnız bir hissəsi, daha doğrusu, əsas hissəsi əks
etdirilir. Göstərilmiş xərclərin ümumi məbləği ilə 20 «Əsas istehsalat))
hesabında müstəqil olaraq göstərilmiş məbləğ arasındakı fərq isə,
qismən digər kompleks maddələrin (çıxdaşdan və boş dayanmadan olan
itkilər) və gələcək hesabat dövrünün xərcləri (mənimsəməyə aid
bölüşdürülməmiş xərclər) tərkibində əks etdirilir.
Müəssisədə istehsal olunan məhsulun maya dəyərinin uçotu üçün
qeyri-müstəqim məsrəflərin bölüşdürülməsi qaydası haqqındakı məsələ
böyük əhəmiyyət daşıyır.
Son məhsula görə məsrəflərin bölüşdürülməsi sistemində iki
mərhələ nəzərdə tutulur. Xərclərin birinci bölüşdünnə mərhələsində
köməkçi sexlər tərəfindən müəssisənin öz əsas sexləri üçün yerinə
yetirilmiş işlərin maya dəyərini hesablamaq, çıxdaş və boşdayanmadan
olan itkilərin qədərini müəyyən etmək, habelə istehsalat
38
maya dəyəri elementlərinin tərkibində müstəqil əks etdirilən ümu-
mistehsalat, ümumtəsəndifat və digər kompleks xərclərin ümumi
məbləğini müəyyən etmək nəzərdə tutulur. Burada ümumistehsalat və
ümumtəsərrüfat xərclərinin bir hissəsini təmir və əsaslı tikinti üzrə
işlərin və xidmətlərin maya dəyəri üzərinə, mənimsəmə xərclərinə və s.
keçirilməsi, qarşılıqlı xidmət, habelə əsas sexlərə xidmət göstərilməsi
üzrə köməkçi sexlər tərəfindən aparılan işlərə aid edilmiş məsrəflərin
qədərinin hesablanması və s. nəzərdə tutulur.
Məhsula
çəkilən
məsrətlərin
bölüşdürülməsinin
ikinci
mərhələsində 20 «Əsas istehsalat» hesabına yazılmış kompleks
məsrəfləri (ümumistehsalat və ümumtəsərrüfat xərcləri, çıxdaşdan olan
itkilər, mənimsəmə ilə əlaqədar olan xərclər və s.) bir tərəfdən, hazır
məhsul və bitməmiş istehsalat arasında, digər tərəfdən, ayrı-ayrı
məmulat növləri arasında bölüşdürmək nəzərdə tutulur.
İstər bütün satlıq məhsulun, istərsə də buraxılan müxtəlif növlü
məmulatın hər vahidinin maya dəyərini düzgün müəyyən etmək üçün
məsrəfləri bölüşdünnə sisteminin mühüm iqtisadi əhəmiyyəti vardır.
Qeyri-müstəqim xərclər konkret məmulatların istehsalına nə qədər
dəqiq keçirilərsə, onların maya dəyəri bir o qədər real olar, rentabellik
bir o qədər düzgün aydınlaşdınlıb planlaşdırılmış olar, habelə məhsulun
ayn-ayrı növləri üçün buraxılış qiymətləri dəqiq müəyyənləşdirilə bilər.
İstehsalın idarə edilməsi və ona xidmət xərcləri çox zaman şərti
bölüşdürmə yolu ilə müvafiq məmulatın maya dəyərinə daxil edilir.
Hazırda qüvvədə olan təcrübə bu və ya digər qeyri-müstəqim
xərclərin istehsalat fəhlələrinin əmək haqqına (mütərəqqi mükafatlı
əlavə ödəmələrsiz); emal məsrəflərinə, avadanlığın işinin maşın- saat
miqdarına, eyni növlü avadanlıq qruplarının maşın-saat əmsalı əsasında
hesablanmış smeta stavkalarına, sex maya dəyərinə, adam- saat
miqdarına, hasil edilən məhsulun, yaxud emaldan keçirilən xammalın
miqdarına və şairəyə mütənasib olaraq bölüşdürülməsini nəzərdə tutur.
Müəssisədə ümumistehsalat və ümumtəsərrüfat xərcləri
avadanlığın saxlanması və istismarı ilə əlaqədar olan xərclərlə
.^9
birlikdə, istehsalat fəhlələrinin əmək haqqına (mütərəqqi mükafatlı
əlavə ödəməsiz) mütənasib olaraq bölüşdürülür.
Dostları ilə paylaş: |