ödənilməsinə, əsas vəsaitlərin təmir xərclərinə, istehsalın mövsümi
xarakteri ilə əlaqədar olaraq hazırlaq işləri üzrə istehsalat məsrəflərinə,
kirayə əşyalarının təmiri üzrə gələcək məsrəflərə, qanunvericiliklə
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin normativ aktları ilə
və ya məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən
məsrəflərin tərkibinin sahə xüsusiyyətləri ilə nəzərdə tutulan illik
işlərinin yekununda və digər məqsədlərə görə təltifatın ödənilməsinə
ehtiyat yarada bilərlər.
Yaradılmış ehtiyatları 89 «Qarşıdakı xərclər və ödəmələr üçün
ehtiyatlar» adlı passiv hesabın krediti və istehsal və ya tədavül xərcləri
hesablarının (20, 23, 25, 26 və b.) debeti üzrə əks etdirirlər.
Əvvəl hesablanmış ehtiyatların faktiki istifadə edilmiş
məbləğlərini hesablaşma və digər hesabların (70 «Əməyin ödənilməsi
üzrə işçi heyəti ilə hesablaşmalar» hesabı - məzuniyyət vaxtına görə
əməyin ödənilməsinə məbləğlər, uzun müddət işləməyə görə hər il
verilən təltifata və b.) kreditindən 89 «Qarşıdakı xərclər və ödəmələr
üçün ehtiyatları) hesabının debetinə silirlər.
Ehtiyatların növləri üzrə məbləğlərin yaradılması və istifadəsinin
düzgünlüyünü dövrü olaraq (adətən illik hesabatı tərtib etməmişdən
əvvəl) smetaların, hesablamaların və b. məlumatları üzrə yoxlayır və
lazım gəldikdə düzəliş edirlər. Bir qayda olaraq, ehtiyatların artıq
hesablanmış
məbləğlərini
storao
edirlər,
ehtiyatların
tam
hesabldanmamış məbləğlərinə isə əlavə mühasibat köçürmələri tərtib
edirlər.
Dostları ilə paylaş: