Plan:3
Təsərrüfatın formaları
Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29
maddədən ibarət torpaq islahatı haqqında qanun layihəsi hazırlanaraq 1920-ci il
fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olunmuşdur. Həmin qanun
layihəsinə görə torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla torpaqları
onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla
alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları
almaq üçün güzəştli şərtlərlə kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum
səbəblərə görə, bu qanunun qəbul edilməsinə vaxt çatmadı.
1920-1939-cu illərdə Azərbaycanda iqtisadi şəbəkənin formalaşması prosesi
ləng də olsa davam etdirilirdi. Bu dövrü xarakterizə edən ən böyük kompaniya
kənd təsərrüfatının kollektivləşdirilməsi idi.
İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə iqtisadiyyatın başqa sahələri
kimi sənaye də dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırıldı və tədricən
inkişaf etməyə başladı. 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki
səviyyəni üstələyən məhsul buraxılışına nail olmuş, Azərbaycan sənayesi
müharibədən sonrakı beş il yeddi ay ərzində tamamilə dinc quruculuq dövrünün
tələblərinə uyğunlaşdırılmış və xeyli irəliləyib inkişaf etdirilmişdi. 1950-ci ildə
Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdı.
XX əsrin 50-60-cı illərində Azərbaycan sənayesinin inkişafı, sahə və ərazi
quruluşunun təkmilləşməsi sahəsində mühüm irəliləyişlər baş vermişdi.
Respublika sənayesində məhsul buraxılışı 1940-cı ilə nisbətən 5,5 dəfə artmış,
1941 - 1970-ci illərdə isə 146 və ya bütün 1920 - 1970-ci illərdə tikilmiş sənaye
obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdi.
Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma,
alüminium və sintez-kauçuk zavodları, Gəncə Alüminium Zavodu, Daşkəsən
Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri
müəssisələr tikilib istifadəyə verilmişdi. Bununla da həmin illərdə ağır
sənayenin energetika, kimya və neft-kimya, neft emalı, qara və əlvan
metallurgiya, cihazqayırma və elektrotexnika kimi sahələrinin geniş inkişafının
əsası qoyuldu.
Həmin illərdə sənaye sahələri və obyektlərinin respublika daxilində nisbətən
daha səmərəli yerləşdirilməsi, keçmişdə inkişaf səviyyəsi aşağı olan rayonların
daha da sürətlə inkişafı, xırda və orta şəhərlərin əmək ehtiyatlarından istifadə
səviyyəsinin yüksəldilməsi sahəsində də nəzərə çarpacaq işlər görülmüşdü.
Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye
şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və
başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu.
Nəticədə məhsuldar qüvvələrin respublika ərazisində yerləşməsi xeyli
təkmilləşmişdi. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi
çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü. 1960-cı illərin axırına
qədər Azərbaycan iqtisadiyyatında bir sıra çatışmazlıqlar və mənfi meyllər də
təzahür etmişdi. Belə ki, 1950-ci illərin ortalarına qədər Azərbaycan Sovet
İttifaqının karbohidrogen xammalı istehsal edən əsas regionu olaraq qalırdı və o
özünün bu mövqeyini Qərbi Sibirin zəngin neft sərvətlərinin 50-ci illərin
axırlarında geniş miqyasda mənimsənilməsinə başlanması dövrünə kimi
saxlamışdı. Bütün ölkənin böyük tələbatını ödəmək vəzifəsinə uyğun olaraq,
Azərbaycanda neft sənayesinin inkişafı uzun müddət onun iqtisadi durumunun
təşəkkül istiqamətləri və xarakterlərinə öz təsirini göstərmişdi. Neft sənayesi bir
tərəfdən istər çıxarılan xammalın ildən-ilə artımı, istərsə onun emalının
genişlənməsi (neftayırma, neft-kimya, kimya) və istərsə də sahənin inkişafına
bilavasitə xidmət edən əlaqəli müxtəlif istehsal növlərinin (neft maşınqayırması,
cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular
istehsalı), elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü
sənaye kompleksinin meydana gəlməsini təmin etdi. Azərbaycan
iqtisadiyyatında uzun müddət aparıcı sahə olan neft-qaz sənayesinin onun
ümumi inkişaf səviyyəsinin inkişafına təsiri bir qədər fərqli olmuşdu. 50-60-cı
illərdə Sovet İttifaqının başqa regionlarında zəngin neft ehtiyatlarının aşkara
çıxarılması və istifadəsi ilə əlaqədar olaraq, Azərbaycan neftinə maraq xeyli
azaldı. Respublikada neft sənayesinə və onunla əlaqədar sahələrin inkişafına
göstərilən səylər də səngidi və bu sahələrin inkişafının zəifləməsi bütövlükdə
iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərməyə başladı. Doğrudur, neft
hasilatını artırmaq üçün 50 - 60-cı illərdə Kür-Araz ovalığındakı yeni neft
yataqları istismara verildi. Lakin bütün bunlar Azərbaycanda neft hasilatını
müharibədən əvvəlki səviyyəyə çatdıra bilmədi. Respublikanın zəngin təbii
mineral xammalı, energetika, filiz ehtiyatlarının istehsal dövriyyəsinə cəlb
edilməsi, qara metallurgiya, neft kimyası, kimya, elektrotexnika və
cihazqayırma kimi bir çox mühüm sənaye sahələrinin yaradılması sahəsində bir
sıra tədbirlər həyata keçirildi. Lakin bu işlər də çox ləng aparılır, respublikanın
kənd təsərrüfatının, əlverişli kurort və turizm imkanlarından çox az istifadə
olunurdu. Qeyd etmək lazımdır ki, Azərbaycan sənayesinin tarixən formalaşmış
sahə quruluşu üçün əsasən çox kapital tələb edən, lakin nisbətən az məhsul
tutumlu sahələrin (misal üçün yanacaq-energetika və i.a.) inkişafı səciyyəvi idi.
1970-ci ildə Azərbaycan SSR-də sənayenin əsas istehsal fondlarının 70%-i,
istehsal olunan məhsulun isə cəmi 40%-ə qədəri yanacaq, energetika,
metallurgiya və kimya sənayesi sahələrinin hesabına əldə edilirdi. Sənaye
məhsulunun cəmi 22%-ni verən yanacaq sənayesinin payına o zaman sənayedə
qoyulan bütün kapitalın 50%-dən çoxu düşürdü. Məhsuldar qüvvələrin
yerləşdirilməsində baş vermiş irəliləyişlər də kifayətləndirici deyildi, başlıcası
isə bütövlükdə məhsuldar qüvvələrin yerləşdirilməsi sahəsində kobud
yanlışlıqlara yol verilmişdi. İri obyekt və müəssisələrin əksəriyyəti bir qayda
olaraq Bakı və Sumqayıt şəhərlərində tikilirdi, digər şəhər və rayonlarda onların
tikintisi məhdudlaşdırılırdı ki, bu da orta və kiçik şəhərlərin əmək
ehtiyatlarından istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta
axmasına səbəb olurdu. Təsadüfi deyil ki, sovet hakimiyyətinin 70-ci illərə
qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın
paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə respublikada
olan 60 şəhərin dördündə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir) bütün şəhər
əhalisinin 63%-i, qalanlarında isə 37%-i yaşayırdı. Bu da Bakı şəhərində mənzil
sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki
çətinlikləri daha da ağırlaşdırırdı.
70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda həm bütövlükdə
respublika iqtisadiyyatının, həm də regionların gələcək sürətli inkişafını təmin
edə bilən istehsal, elmi-texniki və kadr potensialı yaranmışdı. Keçmiş SSRİ
əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları
istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki,
80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i,
o cümlədən 1970 - 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik
qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab
məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı,
soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i və i.a.
Azərbaycanın payına düşürdü. 70-ci illərdə və 80-ci illərin birinci yarısında
Dostları ilə paylaş: |