Referat iŞİ İxtisasın şifrəsi və adı: 148449 Dünya iqtisadiyyatı Kafedra müdiri



Yüklə 291,84 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix02.01.2022
ölçüsü291,84 Kb.
#43514
növüReferat
1   2   3   4   5
REFERAT İŞİ-dönüştürüldü

 

Plan:2 

Azərbaycandan neftin ixracı 

Azərbaycan neftinin əsas alıcısı ilk vaxtlar Rusiya, daha sonra isə görülən 

tədbərlər nəticəsində Avropa ölkələri olub. Rusiyada inqilabla əlaqədar 

Azərbaycandan neftin ixracı 1919-cu ildə ciddi dərəcədə azaldı. Bu amil 

Azərbaycan iqtisadiyyatında ciddi böhranın yaranmasına səbəb olmuşdur. Şimal 

bazarının bağlanması nəticəsində 1919-cu ildə respublikada hasil olunan 3,6 

milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdir. 

Avropaya neft ixracı 1919-cu ilin mart ayında uzunluğu 500 km, nəql etmək 

gücü 3 milyon ton olan Bakı-Batumi neft kəməri bərpa edildikdən sonra 

mümkün oldu. Neft ixracının güclənməsi ölkəmizin bütün istehsal sahələrinin 

inkişafına təkan verdi. 

Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdı ki, bunun da 56 

min kVt-ı “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşürdü. 

Nəhayət, həmin illərdə qısa müddətdə Azərbaycan iqtisadiyyatını idarə edən 

strukturlar tam formalaşdırıldı. 



23 ay ərzində hökumətdə bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri 

arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli bəy Əmircanov, 

İ.Protasov, Ə.Həsənov (maliyyə və xalq maarifi naziri), Məmməd Yusif 

Cəfərov, A.Əminov (ticarət və sənaye naziri), Əkbər ağa Şeyxulislamov, Xosrov 

bəy Sultanov, A.Qardaşov, Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək 

naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski (yollar, poçt və teleqraf 

naziri), Cəmo bəy Hacınski, Məmməd Həsən Hacınski, Nərimanbəy 

Nərimanbəyli, Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi), A.Aşurov, 

Mirzə Əsədullayev (ticarət və sənaye naziri), (maliyyə naziri), G.Lizqarın (ərzaq 

naziri). 

1918-1920-ci illərdə ADR höküməti tərəfindən iqtisadiyyatın bərpası üçün xeyli 

iş görülüb. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilmiş, maliyyə işi 

qaydaya salınmışdır. Bunlardan başqa Baki-Batum neft kəməri bərpa olunur

Bakı-Culfa dəmiryolunun çəkilişi işi sürətləndirilir. 




Yüklə 291,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin