23
Hörmətli oxucu! Sənin üçün Peyğəmbərdən (salləllahu aleyhi
və səlləm), Əlidən, Fatimə, Həsən və Hüseyndən nəql olunmuş
hədislərin sayını həm əhli-sünnətin və həm də şiələrin ən mötəbər
hədis kitablarından təqdim edirəm:
1. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql
olunmuş hə
dislərin sayı: Əhli-sünnətin ən mötəbər hədis
kitablarında nəql olunmuş on minlərlə hədisin 90%-
indən artıqı məhz Peyğəmbərimizin hədisləridir. Qalan
hədislər isə səhabələrin söz və fellərindən ibarət
xəbərlərdir. Şiələrin ən mötəbər dörd hədis kitabında olan
hədislərin sayı 44 mindən artıqdır (44244 hədis). Bu
hədislərdən yalnız 644 hədis Peyğəmbərdən (salləllahu
aleyhi və səlləm) rəvayət olunmuşdur. Bu dörd kitabın
içərisində şiələrin ən dəyərli kitabı əl-Kəfi də 16 mindən
artıq (16121) hədis var. Bu hədislərdən yalnız 92-si
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql olun-
muşdur. (Şiə alimlərinin öz etirafları ilə) bu 92 hədisin
hamısının sənədində də zəiflik var. Çox təəccüblüdür,
deyilmi? Şiələrin Peyğəmbərə qədər gedib çıxan səhih
bir dənə də olsa hədisləri yoxdur.
Dostları ilə paylaş: