Quran, 17 min ayə idi” hədisini deyəndə, o, bu hədisin uydurma
olduğunu söylədi. Mən dedim: “Hədislərin səhih və zəif olmasını
kim ayırd edir?” O dedi: “Hədis alimləri.” Mən də ondan
soruşdum ki: “Şiə məzhəbinin əsas və mötəbər hədisçiləri
kimlərdir?” O, Məclisinin adını çəkdi. Mən də: “Axı Məclisi
“Miratul-Uqul”da bu hədisi doğru sayıb” deyəndə, o cavab verdi
ki: “Məclisi bu hədisi səhih saysa da, bu hədis Qurana ziddir.” Bu
zaman mənim ona cavabım belə oldu: “Axı bu hədisi rəvayət edən
ravilərin hamısı sizin rical kitablarınızda təriflənmiş ravilərdir. Bəs
52
necə oldu ki, ən sağlam raviləriniz İmam Cəfərin dilindən Qurana
zidd olan belə bir şeyi nəql ediblər.”
Bir sözlə şiələr üçün hədisin səhihliyi və ravilərin doğruluğu
önəmli deyil. Onlar üçün önəmli olan hədisin öz istəklərinə uyğun
olmasıdır. Bütün bunlardan sonra, onlar SƏQƏLEYN hədisini
necə dəlil olaraq irəli sürə bilərlər?
abuzeyd-selefi@mail.ru