Şiə
məzhəbində hədis elmi
Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar,
hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırma-
dan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə
məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə
girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma
çıxdı.
Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan
Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və
“zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydaları-
na müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.”
(“Vəsailuş-şiə” 20/100 və ya 30/260).
Həmçinin o demişdir: “Məlum olduğu kimi, bu istilahlar
Alləmənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi
Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə”
20/102 və ya 30/262)
Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih”
və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun
ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53)
Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından
öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-
sünnətdən öyrənmişdir.
Şiə alimi əl-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan
məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq
dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs
50
edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də əhli-sünnətin
elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73)
Dostları ilə paylaş: |