SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   76   77   78   79   80   81   82   83   84
saqaleyn hedisinin sherhi

Bəs, nə üçün şiələr də hədis elminə girişdilər? 

Cavab:

 

Əhli-sünnət  hədisin  sənədinə  və  doğruluğuna  fikir 

verirdi.  Bu  səbəbdən  də  şiələr  daima  əhli-sünnətin  yanında  gözü 

kölgəli idi. Çünki onlar da hədis elmi mövcud deyildi və hədisləri 

necə  gəldi  qəbul  edirdilər.  Bu  səbəbdən  də  onlar,  əhli-sünnətin 

qınağından  qurtulmaq  üçün  bu  elmə  girişdilər.  Ancaq  heç  bir 

faydası olmadı.  (Bax! “Vəsailuş-şiə! 20/100 və ya 30/258) 

Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən 

nəql  olunmayıb.  Yuxarıda  da  qeyd  etdiyim  kimi,  raviləri  yalançı 

və  hədis  uyduranlardır.  Bu  səbəbdən  də  onların  “rical”  kitabları 

ixtilaf  və  ziddiyətlərlə  doludur.  Bunu  onların  böyük  alimi  olan 

Feyz əl-Kaşani də etiraf etmişdir. (Bax! “əl-Vafi” 1/11-12) 

Hurr  əl-Amili  özü  də  etiraf  edir  ki,  şiə  alimlərinin  əhli-sün-

nətə  baxaraq  hədisləri  zəif-səhihə  ayırmaları  boş  və  əbəs  bir 

şeydir:  “Şeyx  (ət-Tusi)  çox  vaxt  hədisin  ravisinin  zəif  olduğuna 

görə,  hədisi  də  zəif  sayır...Ancaq  Şeyxin  hədisləri  bu  səbəbdən 

ötrü, yəni ravisinin  zəifliyindən ötrü zəif  sayması qeyri-həqiqi  bir 

şeydir...  Məsələn,  (Tusi)  deyir  ki:  “Bu  ravi  zəif  olduğuna  görə, 

onun  rəvayət  etdiyi  hədis  də  zəifdir”.  Sonra  biz  görürük  ki,  o, 

başqa  bir  yerdə  elə  bu  zəif  ravinin  rəvayəti  ilə  əməl  edir.  Hətta, 

bəzi  yerlərdə  ondan  da  zəif  olan  ravini  qəbul  edir.  Çox  yerdə 

hədisi  Mürsəl  olduğuna  görə  (yəni:  sənədi  tam  olmadığına  görə) 

zəif  sayır,  sonra  elə  özü  (başqa  bir  yerdə)  Mürsəl  hədisi  dəlil 

gətirir.  Hətta o,  çox  vaxt  sənədi  qırıq  (mürsəl)  və  zəif  rəvayətləri 

qəbul  edir,  amma  Müsnəd  (sənədi  tam)  və  raviləri  güclü  olan 

hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə! 20/111 və ya 30/279). 

Hurr əl-Amili şiənin hədisləri barədə demişdir: “Əgər hədis-

lərimiz  (hədis  elminin  qaydaları  əsasında)  araşdırılsa,  hamısı  zəif 

çıxacaqdır.” (Bax! “Vəsailuş-şiə 30/260) 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin