48
İddia etdiyiniz Mehdi uzun müddət kiçik
“qeybət dövründə”
olarkən, nə üçün öz şiələri üçün bir kitab yazmadı?
Onunla eyni dövrdə yaşamış Kuleyni əhli-beytin adından
hədisləri bir kitabın içərisinə topladığı halda, nə üçün bu işi Mehdi
etmədi? Məgər, dininizi qorumaq Kuleyniyə qalıb?
Sizə görə dini bütün nöqsanlardan qorumaq üçün məsum
imamın varlığına ehtiyac yoxdurmu?
Bəs nə üçün onlar öz sözlərinin nəqlini məsum olmayan
ravilərə, yalançı və şərabxor insanlara həvalə etdilər?
Nə üçün onlar dinin əhkamlarını toplamağı Kuleyni, Qummi,
Tusi, Məclisi kimi xəta edə bilən və məsum olmayan bəşərə tapşır-
dılar?
Əgər dininizin bütün əhkamlarını məsum olmayanların
vasitəsi ilə öyrənəcəkdinizsə, məsumlara nə ehtiyac var idi?
Nə üçün məsum olmayan Xomeynini, Sistanini təqlid edir-
siniz?
Məsum olmayanı təqlid edəcəkdinizsə, nə üçün məsum
imama tabe olmaq vacibdir, deyirsiniz?
Haradadır Fatimənin müshəfi?
Haradadır Əlinin tərtib etdiyi Quran? – Mehdidə? Bəs
Mehdiniz haradadır? – Qeybdə? Bəs nə vaxt gələcək? –
Bilmirsiniz?
Sübhənallah!!! Əlinizdə iddia etdiyiniz Fatimənin Müshəfi
yoxdur. Mehdiniz də yoxdur. Cəfərin fiqhi də yoxdur. Bəs nəyiniz
var???.. Yalanlarla dolu boş iddialarınızdan başqa heç nə!!!
Dostları ilə paylaş: