SəQƏleyn həDİSİNİN ŞƏRHİ Rəhmli və Mərhəmətli Allahın adı ilə


  Əlidən (radiyallahu anh) nəql olunmuş hədislərin sayı



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44090
1   ...   31   32   33   34   35   36   37   38   ...   84
saqaleyn hedisinin sherhi

2.  Əlidən (radiyallahu anh) nəql olunmuş hədislərin sayı: 

Əhli-sünnət  kitablarında  Əlidən  1583  hədis  nəql  olun-

muşdur. Bunlardan 804-ü İmam Əhmədin “Müsnədin”də 

mövcuddur.  Şiə  kitablarında  isə  Əlidən  690  hədis  nəql 

olunmuşdur.  Bu  rəqəmlər  arasındakı  fərqə  fikir  ver!  Ey 

şiələr!  Harada  qaldı  “Mən  elmin  şəhəri  və  Əli  də  onun 



qapısıdır” 

hədisi? 


3.  Fatimədən  nəql  olunmuş  hədislərin  sayı:  Əhli-sünnətin 

mötəbər  kitablarında  Fatimədən  11  hədis  nəql  olunmuş-

dur. Şiələrin dörd   mötəbər kitabında  isə ondan  bir dənə 

də olsa, hədis nəql olunmayıb. 



4.  Həsəndən  nəql  olunmuş  hədislərin  sayı:  Əhli-sünnət 

ondan 35, şiələr isə 21 hədis rəvayət etmişdir. 



5.  Hüseyndən  nəql  olunmuş  hədislərin  sayı:  Əhli-sünnət 

ondan  43  hədis  nəql  etmişdir.  Şiələr  isə  onun  barəsində 




 

24 


bu  qədər  həddi  aşmalarına  baxmayaraq,  ondan  cəmi  7 

hədis rəvayət etmişdilər.  

Bütün  bunlardan  sonra  kim  deyə  bilər  ki,  əhli-sünnət  öz 

elmini  əhli-beytdən  almayıb.  “Səqəleyn”  hədisini  əhli-sünnətə 

qarşı  dəlil  kimi  irəli  sürmək  istəyən,  bütün  bunları  heç  olmasa 

ömründə bir dəfə də olsa araşdırıbmı? 

Biz  (əhli-sünnət),  İslamın  rüknlərindən  biri  olan  həcci  əhli-

beytin vasitəsi ilə öyrənmişik. Belə ki, İmam Müslim özünün “əs-

Səhih”  əsərində  İmam  Cəfərdən,  o  da  atası  Muhəmməd  əl-

Bəqirdən,  o  da  səhabə  Cabir  ibn  Abdullahdan  Peyğəmbərin  

(salləllahu  aleyhi  və  səlləm)  necə  həcc  etdiyini  müfəssəl  bir 

şəkildə nəql etmişdir. Əhli-sünnətin bütün alimləri bu səhih hədisə 

etimad  etmiş  və  onunla  əməl  etmişdirlər.  Əhli-sünnətə  mənsub 

camaat,  hər  il  bu  hədis  əsasında  həccini  yerinə  yetirir.  Məgər  bu, 

əhli  beytə  tabeçilik  deyilmi?  Hətta  Şeyx  Əlbani  məhz  bu  hədisin 

şərhi ilə əlaqəli bir əsər qələmə almışdır. 

Tirmizinin  Cabirdən  (radiyallahu  anh)  rəvayət  etdiyi  “Səqə-

leyn”  hədisinin  də  sənədi  bu  cürdür:  İmam  Tirmizi  bu  hədisi 

Abdurrəhman əl-Kufidən, o da Zeyd ibn Həsəndən, o isə Cəfərdən, 

o  da  atası  Muhəmməddən,  o  da  Cabir  ibn  Abdullahdan  nəql 

etmişdir. 

Əhli-sünnət  namazda  əlləri  bağlamağı  da  Peyğəmbərin  (sal-

ləllahu aleyhi və səlləm) əshabı və əhli-beytindən öyrənmişdir. Bu 

barədə  əhli-beytdən:  Aişə,  İbn  Abbas  və  Əlidən  hədislər  nəql 

olunmuşdur. Ğəzvən ibn Cərir öz atasından nəql etmişdir ki: “Əli 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin