tutuşdurun. Onların hə
dislərinə müxalif olanı qəbul edin,
müvafiq olanı isə
rədd edin!” Bütün bunlara görə Xomeyni belə
deyir: “ İxtilaflı məsələlərdə doğrunu bilməkdən ötrü əhli-sünnətə
muxalifətçilik etməkdə heç bir eyb yoxdur.” (Xomeyni “ər-Rəsail”
2/83)
Şiə
əqidəsinin İmam Cəfər ilə əlaqəsi varmı? Quranın təhrif
edildiyinə etiqad edən, Allah Rəsulunun əshabına söyən, “imamlar
qeybi bilir və onlar bir şeyə “ol!” desələr, olur”- deyən, imamları
peyğəmbərlərdən üstün görən şiələrin imam Cəfər ilə və onun
etiqadı ilə nə əlaqəsi ola bilər?
Şiələrin əlində İmam Cəfərin
etiqada dair yazdığı bir dənə də kitabı yoxdur. Halbuki, Cəfər ilə
eyni dövrdə yaşamış Əbu Hənifənin etiqada dair bir neçə risaləsi
bu günümüzəcən gəlib çatmışdır. Şiələrin ən önəmli və ən etibarlı
əqidə kitabı Şeyx Saduqun yazdığı və “Etiqadus-saduq” adı ilə
tanınan kitabdır. Bu kitabda yazılanlar şiələr tərəfindən “məsum
imam”ların etiqadı kimi qəbul olunur. Amma bu kitabın üzərindən
uzun bir müddət keçməmiş onun tələbəsi Mufid
34
şeyxinin bu
kitabına rəddiyyə olaraq “Təshihul-etiqad” kitabını yazdı. Şiələrin
etiqaddakı ixtilafları bununlada bitmədi. Daha sonra Şərif Mürtəza
gəldi, qollarını çırmaladı və şeyxi Mufidə etiqadda 95 məsələdə
müxalif oldu. Bu yerdə insanın ağlına bir neçə sual gəlir. Görəsən
bunlardan hansının yolu imam Cəfərin etiqadı üzərindədir?
Saduqun yazdıqları Cəfərin etiqadıdır, yoxsa Mufidin yazdıqları?
Budurmu sizin günəşdən də parlaq, gündüzdən də aydın və sudan
34
Mufid adıyla məhşurlaşan bu alimin əsl adı Əbu Abdullah Məhəmməd ibn
Məhəmməd ibn ən-Numandır. H.413-ci ildə vəfat etmişdir. “əl-İrşad”, “Əvailul-
Məqalət”, “əl-İxtisas” və “Şərhu Əqaidis-Saduq” kimi bir çox əsərin müəllifidir.
Yusuf Bəhrani onun barəsində demişdir: “Şiə şeyxlərinin ən dəyərli
olanlarından,onların ustadı və rəislərindəndir.” (Lulutul-Bəhreyn, 356-357)
Abbas əl-Qummi isə belə demişdir: “Ümmətin başçılarının başçısı, dəyərli
şeyxlərin şeyxi və şiənin fəxridir...” (Əl-Kunə vəl-Əlqab 3/164)
36
duru olan “İmamiyyə” əqidəniz?! Ümumiyyətlə siravi şiələrin belə
ixtilaflardan (sahili görünməyən ixtilaf dənizindən) xəbərləri
yoxdur. Çünki onların əksəriyəti məzhəblərinin təməlini təşkil
edən kitablarından bixəbərdilər.
Dostları ilə paylaş: |