3. Əbu Bəsir Leys ibn əl-Buxtəri: Kutubul-ərba`ada onun
əl-Bəqir və əs-Sadiqdən rəvayət etdikləri hədislərinin sayı 2110-
dur. Əhli-Beyt tərəfindən tən edilmiş yalançı bir ravidir. (Ricəlul-
Kəşşi səh.152)
Haşim Maruf əl-Hüseyni onun barəsində demişdir: “Əbu
Bəsir künyəsi ilə tanınan dörd şiə ravisi var: Əbu Bəsir Abdullah
ibn Muhəmməd, Əbu Bəsir Aliyyə, Əbu Bəsir Leys ibn əl-Buxtəri
və Əbu Bəsir Yəhya ibn Əbil-Qasim. Onların hamısı ittiham olun-
muş ravilərdir. Onların içərisində ən yaxşısı Əbu Bəsr əl-Buxtəri-
dir. Ancaq onu da bir qism alim siqa (doğrucul) saymışdır. Bir
qismi isə ona tən etmiş və əqidəsinin xarab olduğunu bəyan
etmişdilər.” ( “əl-Mouduat fil-əsəri vəl əxbər” səh.233)
Şiə alimləri onu müdafiə etməkdən ötrü deyirlər ki, Onun
dininə və etiqadına tən edilmişdir, rəvayət etdikləri hədislərinə
yox. Sağlam etiqadlı olmasa da hədislərini qəbul edir və onu siqa
ravi sayırıq. (İbn Mutahhar əl-Hilli “ər-Rical” səh.137)
Çox qəribədir ki, şiələr Musa ibn Cəfərin imamətini qəbul
etməyən və onu elmsiz sayan Əbu Bəsirin rəvayətlərini qəbul
edirlər. (Ricalul-Kəşşi səh.154)
|