4. Muhəmməd ibn Sinan: Kutubul-ərba`ada ondan rəvayət
olunmuş hədislərinin sayı 662-dir. Hurr Amili onun barəsində
demişdir: “Mufid onu siqa (doğrucul) saymış, Kəşşi də onun
barəsində tərifəlayiq sözlər nəql etmişdir ki, bu da onun siqa bir
ravi olduğuna dəlalət edir. Amma Nəcaşi və Şeyx Tusi onu siqa
ravi saymamışdır...” (“Vəsailuş-şiə” 30/473)
Şiə alimləri onu necə siqa ravi saya bilərlər ki, Muhəmməd
ibn Sinan özü ölümündən qabaq etiraf etmişdir ki, o rəvayət etdiyi
hədislərin heç birisini imamlardan eşitməyib. (“İxtiyaru mərifətur-
ricəlil-məruf bi ricəlil-kəşşi”6/557)
Bu səbəbdən də əl-Fəzl İbn Şazan demişdir ki, Muhəmməd
ibn Sinanın hədislərini rəvayət etmək halal deyil. (“əl-Mouduat fil-
əsəri vəl əxbər” səh.219)
Dostları ilə paylaş: |