MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
72
• Muəllim şagirddən bir-bin ilə hörmətlə danışmağını istəyir, ona görə özü də onlarla belə
bir ünsivvət qurmalıdır
• Müəllim onların bir-binnin xətrinə dəyməmələrini, bir-biri ilə kobud danışmamalarını
istəyir. Deməlh, özu də onlarla ünsiyyətdə bu deyilənləri nəzərə almalıdır.
• Müəllim şagirdlənn bir-biri ilə ünsiyyətində əmr deyil, xahiş cümlələrindən istifadə
etmələrini istəyir ozü də onlarla ünsiyyətində “Təşəkkür edirəm”, ” Xahiş edirəm”,
”zəhmət olmasa ” kimi sözlərdən istifadə etməlidir ki, şagirdlər də müəyyən vaxtdan
sonra bu sözləri yoldaşları ilə ünsiyyətlərinə daxıl etsinlər
Umumilikdə, müəllim şagirdlərlə ünsiyyətini böyüklərlə danışdığı kimi danışmalıdır: hörmətlə
və mədəni şəkildə
Dərs otağında işlətdiyimiz dildən başqa istifadə etdiyimiz səs tonu da əhəmiyyətli rol oynayır.
Yaxşı muəllim şagirdin üstünə qışqırmır və ya ona yüksək səslə əmrlər vermir. Gün boyu baş
verənlərə reaksiya olaraq sas müxtəlif tonlar ala bilər, lakin daim sakit və idarə olunan səs
vacibdir. Sinfə yeni mövzu və ya kitab təqdim edərkən isə müəllimin səsində xoş həyəcan və
entuziazm bilinməlidir.
Müəllimin şagirdlə söhbətində istifadə etdiyi sözlərin şagirdin inkişafında çox böyük rolu var.
Bəzən şagirdin inkişafına təkan vermək, ondan bu və ya digər davranışı tələb etmək əvəzinə,
sadəcə, niyə bu davranışın yaxşı olduğunu ona bir neçə dəqiqəliyinə izah etmək qədər sadədir.
Bu özünü, xüsusilə, şagırdın sosial inkişafında göstərir. Böyüklər tərəfindən səsləndirilən
stimuliativ və dəstəkverici cümlələr şagırd inkişafını daha da gücləndirə bilər, Müəllim şagirdlə
empatiya qura bilirsə, onun hislərini, fikirlərini nəzərə alan cümlələr qurursa, bu zaman şagird
hiss edir ki, müəllim ona inanır. Yəni müəllimin istifadə etdıyı sözlər, qurduğu cümlələr şagirdin
İnkişafına müsbət və ya mənfi təsir göstərə bilər.
Beləliklə, səriştəli ünsiyyəti təşkil edən cəhətlər: həssaslıq (nəzakətlilik), empatiya,
kommunikativlik və pedaqoji etikaya sahiblikdir.
Effektiv müəllim-valideyn münasibətləri
Valideynin tədris prosesinə cəlb olunmasının şagirdin akademik nalliyyətində və şəxsiyyət kimi
formalaşmasında böyük rol oynadığı uzun müddətdir ki, qəbul olunmuş bir faktdır. Ona görə də
muəllimlərin peşəkar məsuliyyətlərindən biri də valideynlərin övladlarının öyrənmə prosesinə
cəlb olunmasına nail olmaqdır. Valideynin cəlb olunması o deməkdir ki, valideynlər övladlarının
|