MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
78
yaşlarında isə artıq qaydalara əməl etməyə çalışır və etmədikdə onu nəyin gözlədiyini bilir.
Yeniyetməlik dövründə irrasional düşünür, yetkinlik dövründə isə xarakterini formalaşdırmağı
öyrənir.
Müasir dövrdə uşağın xarakterinin formalaşmasında müəllimə qoyulan tələblər daha da
artmışdır. Bu tələblər yalnız uşağın xarakterini formalaşdırmaq və cəmiyyətin fəal bir üzvi kimi
yetişdirməklə yekunlaşmır. Valideynlər sıx və gərgin iş qrafikinə görə övladları ilə məhdud
şəkildə vaxt keçirdirlər. Bu boşluğu doldurmaq, şagirdin həyatında həm səlahiyyətli şəxs, həm
yoldaş, həm də bələdçi (mentor) olmaq müəllimin üzərinə düşür. Məktəbdə təhsil alan insan hələ
də fiziki və zehni inkişaf prosesində olur və bu dövrdə müəllim onlar üçün bir nümunə rolunu
oynayır. Əgər müəllimlər bu rolu müvəffəqiyyətlə həyata keçirsələr, onda şagirdlər də müsbət
keyfiyyətlər və dəyərləri daha yaxşı anlaya bilərlər.
Bu prosesdə nəzərə alınması lazım olan digər bir məqam öyrənənlər üçün yaradılan sağlam,
qayğıkeş mühitdir. Qayğı, nəvaziş göstərilən şagirdin özünün də cəmiyyətin həssas, qayğıkeş bir
üzvü olacağı ehtimal daha böyükdür.
Digər bir məsələ isə müəllimin şagirdlərin sosial və emosional bacarıqlarını inkişaf etdirməsidir.
Bunun üçün o, şagirdlərin emosiyalarını yaxşı istiqamətə yönəndirməyi bacarmalıdır, əks halda,
onlarda düzgün xarakter formalaşdıra bilməyəcək.
Şəxsiyyətyönümlü təlimdə aşağıdakı məsələlərə diqqət yetirmək tövsiyə olunur:
• Yüksək ideallara sahib olmaq. Əgər şagird yüksək ideallara sahib olub onların ardınca
getməyə çalışarsa, özündə yaxşı xarakter formalaşdıra bilər. Bunun üçün müəllimlər hər
zaman şagirdlərə özündə yüksək dəyərlər daşımış insanlar haqqında öyrətməli və bu cür
insanların izi ilə getməyə həvəsləndirməlidirlər.
• Yaxşı vərdişlər. Vərdiş həm bədəni, həm zehni, həm də emosiyaları nəzarətdə saxlayan
qüvvətli mexanizm olub şüurlu şəkildə icra edilməyən, amma müntəzəm olaraq edilən
hərəkətlərdir. Vərdişlər düşüncələrimizə, hislərimizə və davranışımıza hökm edə bilir və
nəticədə xarakterimizi istiqamətləndirir. Məhz buna görə də müəllimlər şagirdlərdə yaxşı
vərdişlərin yaranmasına, pis vərdişlərin aradan qaldırılmasına çalışmalıdırlar.
• İradə gücünün formalaşdırlması. Müəllimlər şagirdlərə iradəli olmağı öyrətməli və
iradənin şəxsi intizamdan yarandığını deməlidirlər. Güclü iradə hər zaman yaxşı
xarakterə gətirib çıxarır.
• Mükafatlandırma və mənfi nəticələr. Əgər şagirdlər yaxşı davranışlarına görə yeri
gəldikcə təriflənsələr, onlar bu davranışları davamlı şəkildə göstərəcəklər. Mənfi
davranışın müvafiq mənfi nəticələrə gətirib çıxardığını şagirdə göstərmək də onda
düzgün xarakter formalaşmasına gətirib çıxara bilər.
Ümumilikdə, məktəb şagirdin xarakter və mənəvi-əxlaqi inkişafı üçün çoxlu imkanlara malikdir.
Uşaqların əxlaq haqqında fikirləri intuitiv xarakter daşıyır və onlar, məsələn, ədalət hissini və ya
digər ictimai konvensiyaları dərindən, tam anlamaq qabiliyyətində deyillər. Təhsilverənlər
şagirdlərin mənəvi və sosial inkişafını təmin etmək üçün təlim fəaliyyətlərini onların inkişaf
səviyyəsinə uyğun təşkil etməlidirlər. Bunun üçün aşağıdakı üsullardan istifadə etmək olar:
|