10.3.16. “Fiziki tərbiyə” fənni üzrə:
1. hərəki qabiliyyətlər üzrə normativləri yerinə yetirir;
2. hərəki qabiliyyətləri inkişaf etdirən hərəkətləri seçir və onlardan məqsədli
istifadə edir;
3. hərəki fəaliyyət zamanı təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik tələblərə
əməl edir;
4. fərdi və komanda oyunlarında psixoloji dayanıqlılıq, dözümlülük, ümumi
mənafeyə xidmət keyfiyyətləri nümayiş etdirir;
10.3.17. “Musiqi” fənni üzrə:
1. fərdi, qrup və kollektiv şəkildə ifa bacarıqları nümayiş etdirir;
2. musiqi alətlərini və musiqi kollektivlərini fərqləndirir;
3. musiqi əsərlərini janr və melodik xüsusiyyətlərinə görə fərqləndirir;
4. musiqi melodiyalarını notla ifa edir;
5. görkəmli musiqi xadimləri və məşhur musiqi əsərlərini tanıdığını nümayiş
etdirir;
10.3.18. “Təsviri incəsənət” fənni üzrə:
1. həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir;
2. təsviri sənət növlərini fərqləndirir;
3. bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir;
4. görkəmli təsviri sənət xadimlərini və məşhur təsviri sənət əsərlərini tanıdığını
nümayiş etdirir.
Dostları ilə paylaş: |