10.3.11. “Fizika” fənni üzrə:
1. fiziki hadisələri müşahidə edir, təcrübələr aparır, nəticələri ümumiləşdirir və
mülahizələr irəli sürür;
2. təbiət hadisələrinin başvermə səbəblərini müvafiq fiziki qanunlar əsasında şərh
edir;
3. fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda istifadə edir;
4. fizika elminin həyatla əlaqəsini şərh edir;
10.3.12. “Kimya” fənni üzrə:
1. maddələri tərkibinə və quruluşuna görə fərqləndirir;
2. xassələrinə görə maddələrin tətbiq sahələrini izah edir;
3. maddələrdə baş verən dəyişikliklərin səbəblərini və nəticələrini şərh edir;
Dostları ilə paylaş: |