10.3.4. “Xarici dil” fənni üzrə:
1. müxtəlif mətnləri oxuyub anladığını nümayiş etdirir;
2. dinlədiyinə və müşahidə etdiklərinə münasibət bildirir;
3. fikirlərini şifahi və yazılı ifadə edir;
4. öyrəndiyi dildə ünsiyyətqurma bacarıqları nümayiş etdirir;
10.3.5. “İkinci xarici dil” fənni üzrə:
1. oxuduğu mətnləri və dinlədiklərini anladığını nümayiş etdirir;
2. müşahidə etdiklərini şifahi şərh edir;
3. sadə yazılı mətnlər qurur;
4. sadə ünsiyyət bacarıqları nümayiş etdirir;
10.3.6. “Riyaziyyat” fənni üzrə:
1. riyazi alqoritmlər üzrə şifahi və yazılı hesablamalar aparır;
2. kəmiyyətlər arasındakı funksional asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə
edir;
3. müstəvi və fəza fiqurlarının xassələrini tətbiq edir, həndəsi ölçmələr və qurmalar
aparır;
4. müxtəlifməzmunlu məlumatlar toplayır, onları təhlil edərək sistemləşdirir,
nəticələrini riyazi dildə təqdim edir;
5. ehtimal və proqnozlar irəli sürür, mülahizələrini əsaslandırır;
Dostları ilə paylaş: |