MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN
050 721 39 94
56
Verbal-lingvistik intellekt. Bu, sözlərdən həm şifahi, həm də yazılı nitqdə effektiv şəkildə
istifadə etmək bacarığıdır. Başqa sözlə, dilin sintaksis, fonetika, semantika və tətbiqindən şəxsin
özünə müvafiq qaydada istifadə etməsidir. Bu cür istifadəyə dildən başqalarını inandırmaq,
müəyyən bir məlumatı yadda saxlamaq, informasiya vermək və dildən dilin özü haqqında
danışmaq da daxildir.
Məntiqi-Riyazi. Bu, riyazi bacarıqlardan effektiv istifadə və düzgün mühakimə qabiliyyətidir.
Buraya məntiq, səbəb-nəticə əlaqələrinə və digər abstraksiyalara qarşı həssaslıq daxildir.
Məntiqi-riyazi intellektdə təsnifetmə, ümumiləşdirmə, hesablama kimi proseslərdən istifadə
olunur.
Məkan-vizual. Verilmiş məkanı vizual olaraq dəqiq dərk etmək və qavramaya əsaslanaraq
müəyyən dəyişikliklər etməyi bacarmaq qabiliyyətidir.
Dostları ilə paylaş: |