153
qovurulur və qazanın dibinə əlavə olunur. Qapaq dəsmalla örtü-
lür, qazan vam odda qızdırılmış dəmirin üstündə dəmə qoyulur.
Kambar. Adətən, kambar ilk baharda qarın altından boy-
lanan pəldən hazırlanır. Bunun üçün pəl arıtlanıb başlardan tə-
mizlənir, yuyulub süzülür, dəsmalın arasına qoyulub qurudulur.
Sonra xırda-xırda doğranıb, duzlanıb bankalara yığılır. Pəl su
salır və bir neçə gündən sonra kambar yetişir. Onu qatığa qatıb
çörəklə yeyirlər.
ġurva. Toyun şah yeməyi hesab olunur. Qoyun, yaxud
mal əti suda bişirilir, bişdikdən sonra ət sümükdən təmizlənir,
sonra həmin təmizlənmiş ət yağlı soğançada qovurulur, ona no-
xud, istiot, kişmiş əlavə edilir.
Dostları ilə paylaş: