də həmin məzmunda müəyyənləşir. Deməli,
dərsdə tətbiq olunan təlim forması fəaliyyətin
məzmununa, fəaliyyətin məzmunu isə qarşılıqlı
münasibətlərin daxili elementlərinə bilavasitə
təsir edir. Təlim prosesində sinif kollektivinin
üzvləri arasındakı şəxsi ünsiyyət «qruplarla
iş» formasında həcm və xarakter etibarı ilə
genişlənir, yeni məqsəd, forma və məzmun
qazanır [Плоткин М.М. 2003, s. 178]. Bir
sözlə, müasir təlim metodlarının tətbiqi
şəraitində şagirdlərarası qarşılıqlı münasi-
bətlərin sosial-pedaqoji çəkisi artır. Bəs bu
necə baş verir? Birinci halda (təlimin «fərdi
iş» formasında) müəllim-şagird ünsiyyəti,
ikinci halda (təlimin «cütlərlə iş» formasında)
şagird-şagird ünsiyyətinin məhdud dairəsi,
üçüncü halda (təlimin «qruplarla iş»
formasında) şagird-şagird ünsiyyətinin
qarşılıqlı münasibətlər sisteminin nisbətən
genişlənmiş forması, dördüncü halda isə
(təlimin «kollektivlə iş» formasında) şagird-
şagird ünsiyyətinin sosial-pedaqoji istiqamətdə
kollektiv birgəfəaliyyət sisteminin formalaşması
baş verir. Bu tendensiyanın kollektiv müna-
sibətlər sisteminə qədər genişləndirilməsi
nəticədə şagirdin gələcəkdə cəmiyyətdə ümumi
münasibətlər sisteminə qoşulmasına geniş
sosial-pedaqoji imkanlar yaradır
Şagirdin ümumi fəaliyyətinin elementləri
ilə birləşən və həmin birgə fəaliyyətə xidmət
edən, kollektiv üçün xarakterik olan qrup
ünsiyyəti həm təlim tapşırıqlarının yerinə
yetirilməsində, həm də şəxsiyyət modelinin
formalaşmasında əhəmiyyətli dərəcədə
keyfiyyət dəyişikliklərini əldə edə bilir. Qrup-
daxili ünsiyyət nümunəsində şagirdlərin
fəaliyyət və qarşılıqlı münasibətlərindəki
müxtəlifliyi, qarşılıqlı sosial təsirlərində
rəngarəngliyi aydın şəkildə müşahidə etmək
olur. «Qruplarla iş» formasının tətbiqi şəraitində
şagirdin istifadə etdiyi məlumat mənbələri
müxtəliflik təşkil edir. Təbii haldır ki, qrupdaxili
birgə fəaliyyət şəraitində informasiya
mübadiləsi mühiti yaranır. Şagird lazım olan
informasiyanı əldə etdikcə həm sinifdə, həm
məktəbdə və həm də məktəbdənkənar şəraitdə
həmin informasiyaların sosial bazasında
münasibətlərini quraraq cəmiyyətin aktiv
üzvü kimi əhəmiyyətli tərəfə çevrilir. Şagird
qazandığı məlumatların sosial-pedaqoji kom-
pleksini qorumaqla şəxsiyyət strukturunun
vacib elementlərini formalaşdırır. Şagirdin
istifadə etdiyi məlumat mənbələrinə ailə,
müəllim, şagird yoldaşı, dərslik, dərs vəsaiti,
əyani və didaktik vasitələr, internet resursları,
kütləvi informasiya vasitələri və gündəlik
qarşılaşdığı insanlar daxildir. Məhz şagird
məktəbdə daxil olduğu birgə fəaliyyət
şəraitində müxtəlif mənbələrdən qazandığı
məlumatların mübadiləsini aparır. Qrupları
formalaşdırmaq üçün sosial, psixoloji və
pedaqoji parametrlər dəqiq nəzərə alınmalı,
qrup üzvlərinin akademik göstəriciləri də əsas
sayılmaqla qrup formalaşdırılmalıdır ki,
pedaqoji fəaliyyətin nəticəsi mükəmməl
səviyyəyə qalxsın. Sosial, pedaqoji və psixoloji
cəhətdən yaradılan adekvat mühitdə şagirdin
həm digər şagirdlərlə ünsiyyəti, həm nailiyyət
göstəriciləri, həm də təlimə həvəsini
şərtləndirən qarşılıqlı sosial-pedaqoji əlaqələri
formalaşır. Həmin əlaqələr müxtəliflik təşkil
edir. Bura «face to face» metodunun ənənəvi
formaları «şagird-şagird», «müəllim-şagird»,
«müəllim-şagird-məktəb rəhbəri», «müəllim-
şagird-valideyn», «məktəb rəhbəri-şagird-
valideyn», «ailə-şagird», «dost-şagird»,
«tanışlar-şagird», «yol yoldaşı-şagird» və ən
əsası, geniş planda «cəmiyyət-şagird» əlaqələri
daxildir. Buna görə də pedaqoji işin təşkilində
əsas şərt müvafiq sosial-psixoloji və pedaqoji
mühitin yaradılması sayılır. Uşağın daxili
qüvvələrini və imkanlarını inkişaf etdirmək
üçün müvafiq sosial-pedaqoji şəraitin yara-
dılması qarşılıqlı əməkdaşlıq şəraitində real-
laşır. Bir məsələni də qeyd etmək vacibdir ki,
sosial-psixoloji və pedaqoji mühitin nəzəri-
praktik tərəfləri sırasında onun növlərinin
təsnifi aparıcılıq təşkil etməlidir. Bu məsələdən
bəhs edən alimlərin fikrincə, sosial-psixoloji
və pedaqoji mühit həm şagirdi müstəqil düşün-
məyə və nəticə çıxarmağa təhrik edir, həm də
onu mənəvi aləmində əməkdaşlıq, birgə
fəaliyyət istəyini və qabiliyyətini formalaşdırır
[İbrahimov F.N., Hüseynzadə R.L. 2013, s. 10].
Sahil Cəfərov
Dostları ilə paylaş: