asılı vəziyyətdə qalır. Pedaqoji psixologiyada
qeyd olunduğu kimi, diskussiyada bir sıra
fərziyyələri törədən problemli vəziyyətin
elementləri idrak motivasiyasının meydana
gəlməsinə təsir göstərən əsas faktorlardır.
Bundan başqa, dərsin ilkin mərhələsi kimi
motivasiyanın yaradılması və uğurlu formada
qorunması üçün sosial-pedaqoji və psixoloji
şərtləri bilmək müəllimlər üçün vacibdir.
Həmin şərtləri ən optimal səviyyədə
müəyyənləşdirməyə çalışmışıq:
1. «Qruplarla iş» formasında verilən
tapşırıqlar qrup üzvlərinin akademik
səviyyəsinə uyğun seçilməlidir. Çünki
motivasiyanı yarada biləcək vacib şərtlərdən
biri tapşırıqların şagirdin anlaq səviyyəsinə
uyğun olmasıdır. Həm məzmunlu və həm də
motivasiya yarada biləcək tapşırıqların
müəyyənləşməsi
pedaqoji
keyfiyyət
göstəricilərinə bilavasitə müsbət təsir edir.
Buna görə də, həmin materialların xüsusiyyəti
cəlbedici, qeyri-adi, müəmmalı, gözlənilməz
və ən əsası, müstəqil təfəkkür fəaliyyətinin
təşkilinə şərait yarada bilməlidir.
2. Hər bir qrupa yanaşma mexanizmi fərqli
olmalıdır ki, şagirdlərin aktivlik dərəcəsi artsın.
Bu prosesdə xüsusi sosial-pedaqoji mühit
yaranır. Şagird özünə qarşı xüsusi diqqət hiss
etdikdə onun təlim fəaliyyətinə marağı artır.
Bu nəticənin əldə olunması üçün müvafiq
tədris mühiti vacib şərtdir. Müəllimin şagirdlərə
yanaşma mexanizmi dinamik və planlı xarakter
daşıdıqda pedaqoji prosesin bütün elementləri
diqqət mərkəzində olur.
3. Qruplara verilən tapşırıqların təqdim
olunma üsulları aşkar və stimullaşdırıcı
xarakterdə olmalıdır. Müəllim ayrı-ayrı qruplara
təlim tapşırıqlarını təqdim edərkən həmin
tapşırığın həllinin uğurluluğuna inamını
bildirməlidir. Yəni hər şagirddə özünəinam
hissini yaratmaqla onları davamlı fəaliyyətə
stimullaşdırmaq lazımdır. Qrupun gücünə
inamını aşkar formada səsləndirdikdə
şagirdlərdə dinamik fəaliyyət tərzi formalaşır.
Bu prosesdə bütün şagirdlərin diqqəti təlim
fəaliyyətinə mərkəzləşir.
4. Şagirdlər tərəfindən yerinə yetirilən
fəaliyyətlərin məzmununa diqqət yetirmək
və lazımi səviyyədə istiqamət vermək vacibdir.
Bu məsələnin vacibliyi ondadır ki, şagirdin
irəli sürdüyü fikir və ideyalardakı yanlış
yanaşmalara diqqət yetirməyəndə dərsin so-
nuna qədər faydasız fəaliyyət davam edəcəkdir.
Təbii olaraq dərsin keyfiyyəti müəllimin əsasən
təşkilatçılıq qabiliyyəti ilə xarakterizə olunur.
Dərsdə şagirdlərin fəaliyyəti aparıcılıq təşkil
etsə də, fasilitator olaraq müəllim öz işinin
keyfiyyətinə nəzarət etməsə, dərsin akademik
səviyyəsi aşağı düşəcək və lazımi nəticə əldə
olunmayacaq. Buna görə də dərsdə düzgün
istiqamətin seçilməsi müəllimdən asılıdır. Yəni
təkcə qrupları fəaliyyətə cəlb etmək yox, həm
də qrupda iştirakçı olan hər bir şagirdin
fəaliyyətinə, fikir və mülahizələrinə nəzarəti
diqqət mərkəzində saxlamaq lazımdır.
5. Şagirdlərdə yaradıcı yanaşma imkan-
larının inkişaf etdirilməsi vacibdir. Çalışmaq
lazımdır ki, şagird dərslikdə və ya dərs
vəsaitində qeyd olunan tədris materiallarını
eyni formada deyil, məzmununu qorumaq
şərti ilə fərqli formada təqdim etsin. Bu me-
xanizm sualları cavablandırarkən məzmunu
qorumaqla yeni formalarda təqdimatın
verilməsini tələb edir. Şagird şəxsi təfəkkür
məhsulundan çıxış etməklə verilən tapşırıqları
və sualları cavablandırsa daha yaxşı nəticə
əldə olunar. Müəllim daim cəhd etməlidir ki,
şagird sərbəst olaraq öz sözləri ilə təqdimat
etməyi bacarsın. Çünki şəxsiyyət modelinin
struktur vahidlərindən biri də insanın mövcud
məsələlərə fərdi yanaşma bacarığıdır. Bu
mənada, fərdi yanaşma, fərdi mövqe və fərdi
ideyaların irəli sürülməsi şagirdin cəmiyyətin
aktiv və potensiallı üzvü olaraq sosiallaşmasına
şərait yaradır. Ən əsas şərt olaraq burada
şagirdin özünütəsdiq misssiyası həyata keçmiş
olur. Müəllim müvafiq sosial-psixoloji və
pedaqoji mühiti yaratmağı bacarsa, şagirdlərdə
özünüreallaşdırma imkanları da baş qaldıra
bilir. Bu tendensiyanın mexaniki quruluşu
müəllim-şagird və şagird-şagird strukturu
üzərində qurulur, lakin sosial-pedaqoji qu-
ruluşu isə qarşılıqlı münasibətlərin forma-
laşması ilə şərtlənir. Müəllim şagirdi, şagird
Sahil Cəfərov
Dostları ilə paylaş: