Metodika azərbaycan məKTƏBİ. 2018. №2 61



Yüklə 263,67 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix02.01.2022
ölçüsü263,67 Kb.
#46119
1   ...   11   12   13   14   15   16   17   18   19
Sahil Jafarov

METODİKA

72

AZƏRBAYCAN MƏKTƏBİ. 2018. №2




mümkündür. Bütün vəziyyətlərdə çıxış yolunun

başlanğıcında  sinif  kollektivinin  tərkibində

qarşılıqlı  münasibətlərin  sağlamlaşdırılması

məqsədi aparıcıdır.

Sosiallaşma  prosesinin  müvəffəqiyyətini

təmin etmək üçün şagird şəxsiyyətinin inkişaf

səviyyəsi ilə onun real təmin olunma mühiti

arasında oxşar və fərqli elementləri müşahidə

etmək  vacibdir.  Məsələn,  şagird  öz  sinif

yoldaşları  ilə  ünsiyyət  tələbatını  təlim

tapşırığının həlli prosesində ödəyə bilər. Lakin

bu şəraiti müəllim yaratmalıdır ki, şagird mü-

vafiq uyğunluq prinsipləri əsasında lazım olan

qrupda müzakirələrdə və disputlarda iştirak

etsin.  Belə  hallarda  şagird  onun  ünsiyyət

tələbatını  (təlim  tapşırığının  həllinə  kömək

prosesi) təmin edən digər şagirdi (sinif və ya

məktəb yoldaşı) diskussiyadan sonra, həm də

ünsiyyət  tələbatını  təmin  etmiş  şəxs  kimi

hafizəsində saxlayır. Sinif kollektivində şagirdin

sosial  tələbatları  daha  geniş  dairəni  əhatə

etməsə  də,  bu  tendensiya  müvafiq  yaş

mərhələsi üçün sosiallaşmanın məzmununu

kifayət  dərəcədə  təmin  etmiş  cəhət  sayılır.

Şagird  üçün  əhəmiyyətli  olan  obyektlər

dairəsinin  genişlənməsi  sosiallaşmanın

mahiyyətinin  zənginləşməsi  ilə  nəticələnir.

Nəzərə  almaq  lazımdır  ki,  sosiallaşmanın

tərkib elementləri əks qütbdə yerləşmir. Burada

təlim fəaliyyətinin məzmunundan maksimum

istifadə  etmək  vacibdir.  Təlim  fəaliyyətinin

imkanlarının  sosial-pedaqoji  məzmununun

genişliyi sosiallaşmanın tərkibində əks qütbdə

parçalanmanı yaratmır, əksinə, tamlıq, bütövlük

və  vəhdət  yaradır.  Buradan  məlum  olur  ki,

sinif  kollektivi  şagirdin  sosiallaşmasını

şərtləndirən  əsas  mərhələ  olaraq  çıxış  edir.

Sinifdə mövcud qarşılıqlı münasibətlər şagirdin

artan  tələbatlarını  təmin  etməklə  sosiallaş-

manın  mühüm  mərhələsinə  çevrilir.  Burada

münasibətlərin  səviyyəcə  daha  yüksək  for-

masının təzahür olunması şagird şəxsiyyətinə

dəyərli, ictimai keyfiyyətlər qazandırır. Beləliklə,

şagird şəxsiyyətinin sosiallaşmasında nailiy-

yətlərin əldə olunması ilə nəticələnən kollek-

tivdaxili münasibətlər ictimai həyatda şagird

fəallığında  onun  müəyyən  icra  vasitələrinin

(fəndlərin,  üsulların,  əməliyyatların,  baca-

rıqların, biliklərin və s.) mənimsənilməsi yolu

ilə tamamlanır.

Şagird şəxsiyyətinin sosiallaşmasında sinif

kollektivinin  şərtləndirici  vəzifəsi  həm  də

onun fəaliyyət xüsusiyyətilərinin dinamikası

haqqında  fikirləri  doğru  hesab  etməyə  əsas

verir.  Şagird  şəxsiyyətinin  strukturunun

təşkilində  onun  xassə  və  keyfiyyətlərinin

inkişafında sosial məzmunun aparıcı olması

həqiqətdir. Əgər eyni ictimai mühitdə - sinif

kollektivində formalaşan münasibətlər arasında

fərqlər mövcuddursa, deməli, sosiallaşmanın

ayrı-ayrı  istiqamətlər  üzrə  baş  verməsi

tendensiyası  həqiqətdir.  Bu  zaman  artıq

sosiallaşmanın  quruluş  və  fəaliyyətində

dəyişikliklər  hiss  olunur.  Şagirdin  daxili

xüsusiyyətlərindəki fərqlər onlarda eyni ictimai

təsirin müxtəlif pedaqoji-psixoloji effektlərini

yaradır.  Məhz  bu  həssas  məqamı  yaranmış

ziddiyyətlərin birinci səbəbi kimi qeyd etmək

vacibdir. Əgər şagirdlərin müxtəlif ailələrdə,

müxtəlif  tərbiyəvi  sistemlərdə  böyüməsini

nəzərə alsaq, onların sosiallaşmasında yaranan

fərqləri  təbii  proses  kimi  qəbul  etmək  olar.

Bu baxımdan, yaxın və uzaq coğrafiyalardan,

fərqli sosial şəraitlərdən gələn şagirdləri eyni

sinifdə,  kollektiv  formasında  birləşdirən

məktəb mühiti onların sosiallaşmasını məqbul

səviyyədə təmin etmiş olur. Müəllim nəzərə

almalıdır ki, sosiallaşmada baş verən tənəzzül,

əsasən,  şagirdin  yaşadığı  fərdi  inkişaf  şəra-

itindən  asılıdır.  Şagirdi  əhatə  edən  makro,

mezo və mikro mühit öz sosial təsir gücünü

həmişə hiss etdirir. Yəni, ailənin övladları ara-

sında yaş fərqi, sosial-iqtisadi şərait, övladlara

qarşı  fərqli  münasibət  (bir  halda  ilk  uşağı,

digər halda orta və ya kiçik uşağı çox əzizləmək)

və ən əsas məsələlərdən biri kimi, müəllim-

şagird və şagird-şagird münasibətlərinin məz-

mununda  diferensial  xarakter  —  bunların

hamısı şagird şəxsiyyətində müxtəlif keyfiy-

yətlərin və xarakterin hasil olmasına sosial-

pedaqoji şərait yaradır. Buna görə də, əksər

vəziyyətlərdə şagirdin sosiallaşmasında həmin

səbəblərdən inflyasiya həddi baş verir. Şagird

şəxsiyyətinin sosiallaşmasının ictimai cəhətdən

Sahil Cəfərov


Yüklə 263,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin