- 82 -
fəlsəfi fikrin formalaşması üçün əsas kimi götürülə
bilməz. Əlbəttə, bu təlimlər də öyrənilməli, onlar-
dan istifadə olunmalıdır. Lakin bizim tədris və
təbliğ etməli olduğumuz fəlsəfə ilk növbədə milli
ruh və düşüncə üzərində qurulmalıdır. Milli ruh bu
gün və ya dünən yaranmayaraq, qədim köklərə ma-
likdir. Onun ən böyük daşıyıcısı dildir. Adət-ənənə-
lərimiz, əxlaqi dəyərlərimiz, bədii-estetik meyarla-
rımız da milli ruhun əsas ifadəçiləridir. Bu mənada
milli fəlsəfi fikrimizin qaynaqları ilk növbədə folk-
lor, ədəbiyyat, musiqi və digər sənət növlərində, ha-
belə həyat tərzində, dildə yatan hikmətdə axtarılma-
lıdır.
Rəsmi fəlsəfə professorlarının artıq vərdiş qa-
zandıqları qəliblərdən çıxaraq milli ruhun ifadəsi
olan yeni fəlsəfi sistem yaratmaq imkanları çox
məhduddur. Ona görə də, milli fəlsəfi fikrin təmə-
lində daha çox dərəcədə rəsmi fəlsəfənin stereotip-
lərini mənimsəməmiş olan insanların içdən gələn və
buna görə də milli ruhla daha yaxşı səsləşən düşün-
cələri və mənəvi-ruhani etirafları durmalıdır.
İş burasındadır ki, uzun müddət ictimai
şüurun formaları kimi və insanın ruhi-intellektual
fəaliyyət sahələri kimi mövcud olan din, fəlsəfə və
ədəbiyyat zaman keçdikcə həm üfüqi, həm vertikal
istiqamətdə diferensiallaşmış, yeni alt sistemlər ya-
ranmışdır.