- 90 -
İ qtisadiyyat, elm və ideologiya Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi ta- nınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid döv- rünü başa vurmuşuq. İ lham Əliyev
Qloballaşma və inteqrasiya şəraitində Azər-
baycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü
yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya
ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsəd-
lə ölkəmizdə yaxın və uzaq gələcək üçün fəaliyyət
proqramları işlənib-hazırlanır. Ölkənin həm regional
inkişafı, həm də dünya iqtisadiyyatının subyektin-
dən biri kimi fəaliyyət strategiyası vahid konseptual
baxış mövqeyindən həyata keçirilir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırı-
lan bu proqramlar Azərbaycanın istər qonşu dövlət-
lərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-
la iqtisadi əlaqələrini də əhatə edir. Son illərdə ölkə-
mizin iqtisadi əlaqələrinin coğrafiyası daha da
genişləndirilmişdir. Lakin bütün bu çoxşaxəli əla-
qələr sisteminin vahid bir prinsipi vardır. Bu da
ondan ibarətdir ki, hər hansı ikitərəfli və çoxtərəfli
iqtisadi münasibətin qurulmasında ilk növbədə öl-
kəmizin milli maraqları rəhbər tutulur. Belə geniş