Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə96/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   92   93   94   95   96   97   98   99   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 98 -
ründə  olan  və  ya  bu  dövrü  yenicə  başa  vuran  ölkə-
lərin spesifik xüsusiyyətlərini nəzərə almır və bu öl-
kələri  Qərb  standartlarına  uyğunlaşdırmaq  siyasəti 
yürüdürlər. Nəticədə milli ideologiyasızlaşdırma tə-
rəfdarı  olan  Qərb  dövlətləri  guya  özləri  də  bilmə-
dən,  bizə  yeni  ideologiya  təlqin  etmiş  olurlar  və  ya 
bunun fərqinə varmırlar. Belə ki, inkişaf etmiş Qərb 
ölkələrində  formalaşmış  siyasi  və  hüquqi  meyarlar 
və dəyərlər sistemi həmin ölkələrdə mövcud ictimai 
reallığın ifadəsi olduğu halda, bizə təlqin olunarkən 
məhz  yeni  ideologiya  rolunu  oynayır.  Həm  də  heç 
olmasa nəzəri səviyyədə müzakirə olunmadan, artıq 
konkret tətbiqi formalara salınmış bir şəkildə.  
Bu  baxımdan,  qloballaşma  deyilən  proses  əs-
lində həm də Qərb standartlarının ideologiyaya çev-
rilməsi  prosesidir.  Qərbdə  cəmiyyətin  real  durumu-
na və insanların şüur səviyyəsinə uyğun gələn təşki-
lati  formalar  və  hüquqi  sistemlər  hələ  müvafiq  in-
kişaf  səviyyəsinə  çatmamış  olan  ölkələr  üçün  doğ-
ma  görünə  bilməz.  Bu,  əslində,  cəmiyyətin  ondan 
kənarda  formalaşmış  modellərə  uyğunlaşdırılması, 
yad  qəliblərə  salınması  prosesindən  başqa  bir  şey 
deyildir.  
İndi  Azərbaycanda  nə  kimi  ideoloji  proseslər 
gedir? Qərbin təklif etdiyi hüquq sistemi və ictimai-
siyasi dəyərlər sistemi bizim üçün ideologiyaya çev-
rilirmi? Əgər bu belədirsə, Qərbin siyasi-hüquqi sis-
teminin  əsasında  duran  düşüncə  tərzi  və  sosial-



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin