- 96 -
saslı mütəxəssislərinin köməyi ilə dünyada gedən
proseslərə daha operativ və effektli təsir etmək
imkanı qazanırlar.
İndi elektron poçtu və internet nəinki kommu-
nikasiyanın ən səmərəli və sürətli vasitələrinə çev-
rilmişdir, nəinki beynəlxalq iqtisadi əlaqələrin ge-
diş-gəlişsiz, qat-qat operativ olan üsullarını yarat-
mışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf
istiqamətlərinə təsir göstərmək imkanı əldə etmiş-
dir. Bu sonuncu amil, yəni internetin maarifləndir-
mək funksiyası ilə yanaşı, həm də ideoloji və mə-
dəni-mənəvi təsir funksiyaları qloballaşma prose-
sində çox önəmli yer tutur.
Müasir dövrdə ən aktual problemlərdən biri mil-
li özünütəsdiq və qloballaşma arasındakı optimal
nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, tex-
nika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı
milli kimliyi təsbit edən mədəni-mənəvi amillərə də
sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə,
istərsə də qərəzsiz olaraq – fərqi yoxdur. Belə bir
şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu,
məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi,
konservator olmağın labüdlüyünü müəyyənləşdirmək
çox vacibdir. Təsadüfi deyildir ki, prezident İlham
Əliyev də bu məsələyə xüsusi diqqət yetirir: “Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa