- 97 -
ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nə- yin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur”.
Digər tərəfdən, müasir dövrdə yüksək milli ruhun həm
də yüksək analitik təfəkkürlə birləşməsi tələb olunur.
Bizcə, ilk növbədə meyarlar müəyyənləşməli-
dir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və
ya bizim milli-mənəvi idealımız nədən ibarətdir?
İndi biz hansı real durumdayıq və daşıdığımız hansı
keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndir-
mək olar? Keçmişə də məhz bu real durum və milli
ideal prizmasından, onun əsasında formalaşan me-
yarlar kompleksindən çıxış edərək yanaşmaq lazım-
dır. “Soykökə qayıdış” çağırışında qorxulu olan mə-
qam bundan ibarətdir ki, biz keçmişimizdə olan is-
tənilən keyfiyyəti milli invariant və pozitiv cəhət
kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər
milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir.
Bu baxımdan keçmişimizdən qalan, lakin tərəqqiyə
deyil, tənəzzülə xidmət edən cəhətləri qoruyub-sax-
lamaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır.
Qloballaşma ilə öz inkişafının erkən mərhələ-
sində üzləşməli olan, müasir cəmiyyətə hələ təzəcə
qədəm qoymuş olan ölkələrdə bu prosesin ideologi-
yası yerli mütəxəssislərin, filosofların iştirakı ilə ha-
zırlanmalıdır. Bəzən Qərb siyasətçiləri keçid döv-