- 105 -
Ancaq ilk baxışda elə görünə bilər ki, aka-
demik Ramiz Mehdiyevin məqaləsində məhz hu-
manitar və ictimai elmlərin problemləri və vəzifə-
lərindən bəhs olunduğuna görə, yəqin başqa elm
sahələrində hər şey qaydasında imiş. Lakin nəzərə
alsaq ki, Azərbaycanda qəbul olunmuş təsnifata gö-
rə, elm humanitar sahəyə aid edilir, onda biz də mə-
sələyə bütün elm sahələrinin ümumi problemləri
kontekstindən baxsaq, daha düzgün olar.
Bütöv elm sisteminin cəmiyyətdə yeri və funk-
siyaları, optimal təşkilati strukturu məsələsi təbiət
elmlərinin deyil, ictimai elmlərin predmetinə da-
xildir. Fundamental elmlərlə tətbiqi və texniki elm-
lərin münasibəti və onların hər birinin təhsil, mə-
dəniyyət və iqtisadiyyat sistemində yeri problemi də
təbiət elmlərinə deyil, cəmiyyətşünaslığa aid bir mə-
sələdir. Bu mənada, ilk baxışda nə qədər paradoksal
görünsə də, bütövlükdə elmin özü onun tərkib hissəsi
olan ictimai elmlər çərçivəsində öyrənilməli olur.
Bax, bu cəhəti nəzərə almayan dəqiq elm nüma-
yəndələri elmin statusu və təşkilati məsələləri barədə
fikir yürüdərkən, əslində öz fikirlərinin qeyri-peşəkar
mövqedən olduğunu ağıllarına da gətirmirlər.
Bəli, elmin predmeti bütövlükdə təbiət və
kainat olsa da, o özü ictimai bir hadisə kimi, cəmiy-
yətşünaslığın strukturunda nisbi mənada kiçik bir
yer tutur. Əsas məsələ elmi məhz ictimai bir hadisə
kimi, sosial institut kimi təsəvvür etməkdir. Əks