- 101 -
ümumən ictimai və humanitar elmlərdən söhbət ge-
dir? Bax, bütün məsələ də burasındadır ki, iqtisa-
diyyat məqsəd yox, vasitədir və iqtisadiyyatda əldə
olunan böyük uğurlar bütövlükdə cəmiyyətdə key-
fiyyət dəyişmələrinə gətirib çıxarır və ya çıxarmalı-
dır. Bu baxımdan, amerikan alimi V.Follersin “Milli
dövlətin antropologiyası” əsərində irəli sürdüyü belə
bir fikrini yada salmaq yerinə düşərdi ki, millətin və
milli dövlətin ən ciddi problemləri iqtisadiyyatla və
ya hətta siyasət və müdafiə sistemi ilə deyil, daha
çox dərəcədə qeyri-maddi, mənəvi göstəricilərlə
bağlıdır. Onun fikrinə görə, xalqın ictimai-siyasi, iq-
tisadi və milli müdafiə sistemlərində fəal iştirak
dərəcəsi milli ləyaqət hissi ilə sıx surətdə bağlıdır və
bu hissin formalaşdırılması isə xeyli dərəcədə “biz
kimik?” sualına cavabdan asılıdır. Təsadüfi deyildir
ki, S.Hantinqton da özünün son əsərlərindən birini
“Biz kimik?” adlandırmışdır. Deməli milli kimlik və
mədəni-mənəvi identiklik məsələsi iqtisadi prob-
lemlərdən daha aktual hesab olunur. Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin
BDU-nin 90 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdə iqtisadi uğurlardan danışmaqla bərabər,
gənclərin milli-mənəvi tərbiyəsi məsələlərini önə
çəkməsi də təsadüfi deyil. Belə ki, prezident neft
kapitalından insan kapitalına keçiddən danışarkən,
məhz insanın mənəvi və intellektual keyfiyyətlə-
rinin inkişaf etdirilməsini nəzərdə tutur.