- 103 -
nasibətlərin sosialist və ya kapitalist formasında ol-
masını yox, məhsuldar qüvvələrin inkişaf səviyyəsini
əks etdirir. Yəni vertikal oxda bölgü kapitalizm cə-
miyyətində də eynən sosializmdəki kimidir. Sadəcə
indi bəzi fərqli terminlər daha çox dəbdədir.
Məşhur amerikan iqtisadçısı Piter Draker ya-
zır: «Bilik istehsalın həlledici amilinə çevrilir və ka- pitalı da, işçi qüvvəsini də arxa plana sıxışdırır».
1
Bu cəhət daha çox inkişaf etmiş ölkələrə aiddir.
Nisbətən aşağı inkişaf səviyyəsində olan ölkələrin
də bu mərtəbəyə gəlib çatması üçün əvvəlcə başqa
modellər, başqa ideallar tələb olunur. Qloballaşmış
dünyada səhnəyə yeni qədəm qoyan ölkələr öz nisbi
müstəqilliklərini ancaq yeni tipli elm-təhsil sistemi
formalaşdırmaq sayəsində qoruyub saxlaya bilərlər.
Əlbəttə, bu problem bütün MDB ölkələrinə və
qismən Şərqi Avropa ölkələrinə də aiddir. Lakin
təəssüf ki, bu sahədə elmi-nəzəri tədqiqatlar təkcə
Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında
yox dərəcəsindədir. Halbuki, məqsəd bu prosesləri
öz kortəbii axarına buraxmamaq, onların elmi əsas-
larla, daha optimal şəkildə həyata keçməsinə nail ol-
maqdır.
Biliyin yeni ictimai funksiya kəsb etməsi, cə-
miyyətin inkişafında həlledici rol oynaması ancaq
1
Дракер П. Посткапиталистическое общество // Новая
постиндустриальная волна на Западе. Антология. М.: Aca-
demia, 1999, с. 71.