- 102 -
Pul, var-dövlət insan həyatında həlledici ola
bilməz. İnsan üçün də, cəmiyyət üçün, ölkə üçün də
belədir. Hətta iqtisadiyyat üçün də.
Avropada kapitalın həlledici olduğu dövr ar-
xada qalmışdır. Vaxtilə K.Marksın təhlil etdiyi cə-
miyyət artıq çoxdan yoxdur. İndi insan əməyi is-
tehsal prosesində təkcə fiziki iş qüvvəsi ilə deyil,
daha çox dərəcədə zehni əmək və onunla vasitə-
lənmiş olan ixtisaslaşmış əmək formaları ilə təmsil
olunur. Son əsrdə cəmiyyətin sosial en kəsiyində, ha-
belə iqtisadiyyatın daxili strukturunda baş verən də-
yişikliklərin geniş təhlilinə keçmədən, sadəcə olaraq
nəzərə çatdırmaq istərdik ki, indi «kapital» amili elm
və texnologiya ilə vasitələnmiş, habelə ticarətin və
ümumiyyətlə iqtisadiyyatın idarə olunmasında «bi-
lik» amili tərəfindən getdikcə daha çox sıxışdırılmış,
prioritetlər dəyişmişdir. Bu dəyişiklikləri nəzərə al-
maq üçün inkişaf etmiş ölkələrdə sanki yeni ictimai-
iqtisadi formasiya qərarlaşmışdır ki, bunu bəziləri
postindustrial cəmiyyət, bəziləri postkapitalizm, bə-
ziləri sosial yönlü kapitalizm, bəziləri «biliyə əsas-
lanan cəmiyyət» və s. adlandırmışlar. Bu yeni dövr-
ləşdirmə cəhdləri yadıma “sosializm”, “sosializmin
tam qələbəsi”, “inkişaf etmiş sosializm”, “yetkin so-
sializm” haqqında təlimləri salır. Maraqlı burasıdır
ki, sosializm və kapitalizm bölgüsü iqtisadi müna-
sibətlər sisteminin xarakterinə aiddir. “Bilik” ami-
linin iqtisadiyyatda iştirak dərəcəsi isə iqtisadi mü-