- 110 -
Elm: insandan kainata və geriyə – insan rifahına
Elmə humanitar sahə kimi baxılması da orta
əsr Şərq ənənələrinə məxsus bir düşüncədir. O vaxt
elm hikmətin, müdrikliyin bir əlaməti, aspekti kimi
başa düşülürdü və çox vaxt dini düşüncənin hüdud-
ları daxilində nəzərdən keçirilirdi. (Elmin din çərçi-
vəsində nəzərdən keçirilməsinə hətta bu gün də rast
gəlmək mümkündür.) Orta əsrlərin xristian və islam
sxolastikaları da ilahiyyat çərçivəsində elm və fəl-
səfə yaratmaq təşəbbüsləri idi.
Maraqlı haldır ki, islam dünyasında da, xris-
tianlıqda da elmin institutlaşması dini təsisatlar da-
xilində baş vermişdir. Şərqdə dini təhsil almağın va-
sitələri olan mollaxanalar, mədrəsələr həm də dün-
yəvi biliklərin öyrənilməsinə xidmət etmişdir (bu
sırada Nizamiyyə məktəbləri xüsusi qeyd edilməli-
dir). Şərq (İslam) dünyasında elm və ali təhsilin
əsası dini savaddan başlandığı kimi, Qərbdə də ilk
universitetlər: Bolonya, Oksford, Kembric, Sorbon-
na – hamısı kilsədən çıxmışdır.
Amma Yeni Dövr bütün sahələrdə olduğu kimi,
elmə münasibət məsələsində də paradiqmanı dəyişir.
Daha doğrusu, müasir mənada elm məhz bu dövrdə
formalaşmağa başladı. Kapitalizm cəmiyyəti heç də
yalnız ictimai-iqtisadi sahədə yeni bir quruluş forması
olmayıb, həm də düşüncə tərzinin, mədəniyyətin və