Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə116/151
tarix02.01.2022
ölçüsü0,89 Mb.
#46172
1   ...   112   113   114   115   116   117   118   119   ...   151
N 73

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 120 -
yox, yaradıcı təhsil nümunəsidir.  
Lakin təhsil sisteminin tarixən müstəqil təşki-
lati struktur kəsb etməsi alimlikdən uzaq olan, elmi 
tədqiqat  vərdişlərinə  və  bəzən  ümumən  yaradıcı  tə-
fəkkürə  malik  olmayan  adamlar  içərisindən  müəl-
limlər hazırlanmasını adi bir hala çevirmişdir.  
Xüsusən  icbari  təhsil  şəraitində,  qısa  vaxtda 
bütün  ölkəni  başdan-başa  maarifləndirmək  planı 
həyata  keçirilərkən,  müəllimlər  ordusu  lazım  idi  və 
yaradıcı  şəxsiyyətdən  icraçı  əsgərlərə  keçid  də, 
müəllim  nüfuzunun  aşağı  düşməsi  də  ən  çox  bu-
nunla bağlı idi. İlk baxışda belə görünə bilər ki, orta 
məktəb səviyyəsi üçün müəllimdən tədqiqatçılıq tə-
ləb  olunmaya  da  bilər.  Lakin  müəllim  üçün  elmdə 
doğrudan  da  nə  isə  yeni  bir  şey  kəşf  etmək  vacib 
olmadığı halda, heç olmazsa, məlum olanları şagird-
lərin  iştirakı  ilə  hər  dəfə  yenidən  kəşf  etmək  qa-
biliyyəti olmalıdır. 
Ali məktəbdə isə müəllim həm də alim olduğu 
kimi,  tələbələr  də  tədqiqatın  nəinki  şahidi,  həm  də 
iştirakçısı olmalıdırlar. 
Tədqiqat  institutları  ali  məktəbdən  ayrı  salın-
dıqda professor-müəllim heyətinin elmi potensialın-
dan  və  elmi  işçilərin  müəllimlik  imkanlarından  ki-
fayət  dərəcədə  istifadə  olunmur.  Məsələn,  respubli-
kamızda  akademiklərin  və  elmlər  doktorlarının  bö-
yük bir qismi elmi tədqiqat institutlarında çalışır, ali 
məktəblərdə müvafiq fənləri isə tələbələrə  çox vaxt 


Elm və təhsil 
 
 
- 121 -
kvalifikasiya  dərəcəsi  xeyli  aşağı  olan  adamlar 
tədris  edirlər.  Ali  məktəblərə  bəzən  elmi  tədqiqat 
sahəsində  xüsusi  uğur  qazana  bilməyən  adamlar 
cəlb olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı 
salır.  Bu  baxımdan  respublikamızda  geniş  yayılmış 
olan  və  hətta  yaxşı  hal  kimi  "əsaslandırılan"  özü 
üçün kadr hazırlamaq praktikası ali məktəblərdə el-
mi  atmosferə  böyük  ziyan  vurur.  Ali  məktəblər  bu 
ənənəyə  sadiq  qalaraq  elmi  tədqiqat  institutlarında 
çalışan görkəmli mütəxəssislər əvəzinə öz kadrlarını 
–  kafedralarda  uzun  müddət  köməkçi  heyət  kimi 
fəaliyyət  göstərən  adamları  müəllim  götürürlər.  Və 
bunu  çox  vaxt  ali  məktəbin  spesifikası  ilə,  təhsil 
sisteminin  elmi  müəssisədən  fərqi  ilə  izah  etməyə 
çalışırlar. 
Akademiya,  ali  məktəb  və  sahə  elmlərindən 
danışarkən  bir  qayda  olaraq,  elə  bil  ki,  eyni  hü-
quqlu, eyni imkanlı adamların müxtəlif idarələrdəki 
fəaliyyətindən  söhbət  gedir.  Müqayisə  adətən  sta-
tistik göstəricilər əsasında aparılır: hansı sahədə ne-
çə  elmlər  doktoru,  neçə  elmlər  namizədi  və  s.  Var-
dır. Halbuki, həmin sahələrin öz spesifikasından ası-
lı olaraq orada çalışan elm adamlarının fəaliyyəti də 
müəyyən spesifikaya malik olmalıdır. Məsələn, sahə 
elmində  çalışan  adamların  əsas  funksiyası  məlum 
elmi  müddəaları  istehsal  sahəsinin  tələblərinə  uy-
ğunlaşdırmaq, yeni tətbiq yolları tapmaqdırsa, Aka-
demiya  işçilərinin  funksiyası  tətbiqdən  asılı  olma-



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin