Azərbaycanda elm və onun aktual problemləri
- 136 -
dövlətin, bütün ziyalı ictimaiyyətinin köməkliyinə
ümid bəsləyir.
Əslində buradakı "gənc" anlayışı tamamilə
şərtidir. Gənc alim dedikdə biz elmi axtarış sahə-
sindəki gənclik təravətini hələ də itirməmiş, yara-
dıcılıq ehtirası hələ sönməmiş elm entuziastlarını
nəzərdə tuturuq. Burada "gənclik" elmdə təcrübə-
sizlik kimi deyil, əksinə, elmi eqoizm və konser-
vatizm sahəsində "təcrübəsizlik" kimi başa düşülür.
Yaşın kiçikliyi deyil, intellektual potensialın, hə-
vəsin və enerjinin böyüklüyü əsas götürülür. Gənc
alim formalizm və bürokratiya xəstəliyinə tutulma-
mış, prokrustlaşmamış alimdir.
Qarşıda duran vəzifələr o qədər böyükdür ki,
o qədər problemlər yığılıb qalıb ki, onları nisbətən
qısa müddətdə həll etmək tükənməz enerji və fan-
taziya tələb edir. Burada soyuq ağlın, "normal" elmi
tədqiqatın on ilə gördüyü işi yanar zəka bir ilə gör-
məlidir. Burada daha kiçik müddət, daha böyük sü-
rət mümkün deyil. Çünki elm poeziya deyil. Elmdə
tək ilham, tək entuziazm heç nə edə bilməz. Burada
təmkin, səbat ehtirasla, ilhamla birləşməlidir. İm-
pulsiv düşüncə, fəhm qığılcımları soyuq ağlın sərt
skeptisizm sınağından keçməli və əksinə, səbrlə,
inadla, damla-damla yığılan qalaq-qalaq elmi mate-
rial assosiativ təfəkkürün, zəka şöləsinin işığında
saf-çürük edilməli, yüksək nəzəri hazırlığı olan
Elm və təhsil
- 137 -
alimlərin köməyi ilə elmi konsepsiya səviyyəsinə
qaldırılmalıdır.
Tədqiqatçılar gənc, problemlər isə qocadır. İlk
baxışda təzadlı görünsə də, burada müəyyən qanu-
nauyğunluq var. Məsələ burasındadır ki, o problem-
lər yığılıb qalır ki, onlar elmin hər hansı sahəsində
nüfuz sahibi olan adamlar tərəfindən həll oluna bil-
mir, hakim təfəkkür tərzinin "normativ"lərindən kə-
narda çıxır. Yaşlı nəsil həmin təfəkkür tərzinə möh-
kəm surətdə bağlı olduğundan yeni həll yolu, yeni
baxış tələb edən belə problemlər qarşısında aciz qa-
lır. Gənc tədqiqatçılar isə hakim təfəkkür üslubuna,
normal elmin ehkamlarına çox da möhkəm bağlan-
madığına görə problemə bəzən gözlənilməz mövqe-
dən yanaşır, yeni metodlardan istifadə edir. Burada
gəncliyə daha çox xas olan assosiativ təfəkkür də öz
müsbət sözünü deyir. Elm tarixindən buna çox mi-
sallar göstərmək olar. Məsələn, XX əsrin əvvəllərin-
də bir sıra fiziki hadisələr Nyuton mexanikası çər-
çivəsində izah edilə bilməyəndə, dövrün bütün gör-
kəmli alimlərinin həll edə bilmədiyi məsələni 25
yaşlı A.Eynşteyn həll elədi. Bir qədər sonra, mikro-
hadisələr üçün klassik mexanika özünü doğrultma-
yanda yeni kvant mexanikasının əsas qanununu 26
yaşlı V.Heyzenberq kəşf elədi. Şellinq ilk fəlsəfi
əsərini yazanda 20 yaşı var idi. Biz siyahını davam
etdirmək istəmirik. Məqsədimiz budur ki, xalqımı-
zın taleyi ilə bağlı olan ciddi cəmiyyətşünaslıq prob-
|